Bank
06.01.2025 / 13:16
Azərbaycanda bank səhmdarları nə qədər qazanır?
62624
Azərbaycan bankları 2023-cü ildə 456 mln. manat dividend ödəyib.
Valyuta.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, 2024-cü ildə isə banklar səhmdarlarına ümumilikdə 610 mln. manat qazandırıb.
Başqa sözlə, Azərbaycanda bir bankın səhmdarları orta hesabla 2023-cü ildə 21 mln. manat, 2024-cü ildə isə 28 mln. manata yaxın dividend əldə edib.
AMB bildirdiyinə görə, 2024-cü ilin 11 ayında banklar 966 mln. manat xalis mənfəət əldə edib, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 mlrd. manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub.
Pünhan
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay