“Yapı Kredi Azərbaycan”ın borcu kəskin artıb
“Yapı Kredi Bank Azərbaycan”ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliyinin həcmi 45 milyon 606 milyon manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 27,8% və ya 9 milyon 921 min manat çoxdur. 2023-cü ilin sonunda bankın kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 35 milyon 685 min manat olub.
Bu ilin hesabat dövründə bankın Mərkəzi Banka öhdəlikləri olmayıb.
Hesabat dövründə “Yapı Kredi Bank Azərbaycan”ın öhdəliklərinin dəyəri 2023-cü ilin sonu ilə müqayisədə 11,3% və ya 47 milyon 293 min manat artaraq 464,172 milyon manat olub. 2023-cü ilin sonunda bankın öhdəliklərinin həcmi 416 milyon 879 min manat təşkil edib.
Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay