AMB: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 4 mlrd. dollar olub
2024-cü ilin üçüncü rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 4 milyard dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.
Onun sözlərinə görə, cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2%-ni təşkil edib:
"Neft-qaz sektoru üzrə CƏH-in profisiti 11,1 mlrd. dollar, qeyri-neft sektoru üzrə CƏH-in kəsiri 7,1 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, Mərkəzi Bank və beynəlxalq maliyyə təşkilatları 2024-cü ilin yekunu üzrə Azərbaycanda cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırır. Sonuncu dəfə bu il dekabrın 6-da "S&P Global Ratings" Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9 faizi həcmində proqnozlaşdırıb".
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay