S&P: 2024-cü ildə Azərbaycanın bank sektorunda 10-15% artım gözləyirik
Azərbaycanda iqtisadi artım gözləntilərimizin aşağı olmasına baxmayaraq, bank sektorunda 2024-cü ildə 10-15% artım gözləyirik.
Valyuta.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, ölkənin bank sektorununun böyüməsi böyük ölçüdə istehlak kreditləşməsinin artımı ilə bağlı olacaq.
S&P həmçinin əlavə edib ki, Azərbaycanın bank sisteminin maliyyələşdirmə profili güclənib: "2016-cı ildən bəri biz pərakəndə və ya korporativ depozitlərin əhəmiyyət ölçüdə xaricə getdiyini görməmişik. Düşünürük ki, əsas müştəri depozitləri növbəti bir neçə il ərzində kreditləri maliyyələşdirəcək və xarici maliyyələşdirmə ehtiyacını aradan qaldıracaq".
Reytinq agentliyi vurğulayıb ki, Azərbaycanda depozitlərin dollarlaşması region ölkələri ilə eyni səviyyəyə enib. Həmçinin, qeyri-rezident depozitlərinin həcmi 5%-dir ki, bu da region ölkələrindən xeyli aşağıdır.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay