Markswebb: “PAŞA Bank” və “Azər Türk Bank”ın mobil tətbiqlərində çatışmazlıqlar var
“PAŞA Bank” və “Azər Türk Bank”da mobil bankinq üzrə bir sıra çatışmazlıqlar var.
Valyuta.az xəbər verir ki, bu barədə beynəlxalq konsaltinq və araşdırma şirkəti "Markswebb"in Azərbaycan banklarının mobil bankinq üzrə reytinq açıqlamasında bildirib.
"Markswebb" qeyd edib ki, ani ödəmə, hesab nömrəsi ilə digər banklara köçürmə və elektron pul kisələrinin doldurulması ilə köçürmə bu bankların mobil tətbiqində yer almayıb. Bu məhdudiyyətlər əməliyyatları və komissiya gəlirlərini azaldır.
Əlavə edilib ki, zəif mobil bank naviqasiyası və avtomatik ödəmə və avtomatik köçürmə seçimlərinin olmaması təkrarlanan əməliyyatları idarə etməyi çətinləşdirir.
"Markswebb"in mobil bankinq reytinqində “Azər Türk Bank” 37,8 balla 9-cu “PAŞA Bank” isə 33,2 balla 10-cu olub.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay