BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
46379

Qırmızı Ürəklər Fondu, Niderland Krallığının Azərbaycandakı Səfirliyi, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi və “VarYox” mədəniyyət və incəsənət platformasının birgə təşkilatçılığı ilə “Her Action in Art” adlı festival baş tutub.  

Festivalda Gürcüstan, Qazaxıstan və Qırğızıstandan olan tanınmış rəssamlarla yanaşı seçilmiş 13 azərbaycanlı qadın rəssamın əsərləri də sərgilənib. Sərgidə rəsm əsərləri, instalyasiyaların nümayişi ilə yanaşı müxtəlif mövzularda seminarlar da baş tutub. Sitarə İbrahimbəyli, Lesli Qrey və Olqa Seleznyovanın kuratorluğu ilə keçirilən seminarların məqsədi regionda qadınların incəsənətə cəlbi və motivasiya edilməsi olub.  

Festival çərçivəsində beynəlxalq fotoqraflar tərfindən iki fotoqrafiya seminarı keçirilib. Seminarlarda yerli qadın fotoqrafların portfolioları beynəlxalq mütəxəssislər tərəfindən dəyərləndirilib.  

Bu ilhamverici  festivalın yekunu olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər. Əl işlərindən ibarət sərgi və uşaqların moda nümayişi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

1 ay davam edən “Her action in Art” festivalının məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaq idi. 

Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aşağı maaşla pula qənaət etməyin yolları

Bitcoin yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

İngiltərədə bu şifrəni istifadə etmək qadağan edildi

Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - Video

ChatGPT məhkəməyə verildi - Səbəb?

Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər?

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Avro və rubl ucuzlaşdı, lirə bahalaşdı – Məzənnə

Son beş gündə İlon Maskın sərvəti 37,3 milyard dollar artıb

Son beş gündə İlon Maskın sərvəti 37,3 milyard dollar artıb

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

ADNA terrorundan 15 il ötür

Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - Araşdırma / Video

Bu gün bu rayonlarda qaz kəsiləcək

Səfər sığortası məcburidirmi? - Ekspert şərhi

Köhnə ehtiyat hissələri təzədən etibarlıdır? - VİDEO

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Süni intellekt yeni təhlükəli viruslar aşkarlayıb

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb - Fotolar

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin