BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
46375

“Azərbaycan Sənaye Bankı” 2024-cü ilin I rübü üzrə maliyyə hesabatlarını açıqlayıb. 

Valyuta.az banka istinadən xəbər verir ki, 2024-cü ilin I rübündə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 21.4% azalaraq 835 min manat təşkil edib. 2023-cü ilin müvafiq dövründə bank 1 milyon 63 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 12.7% artaraq 8 milyon 612 min manat, faiz xərcləri isə 24.6% artaraq 4 milyon 647 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 3.4 milyon manata ( illik müqayisədə 52% çox ), qeyri-faiz xərcləri isə 6.2 milyon manata ( illik müqayisədə 21.8% çox) bərabər olub. Beləliklə bank bu dövrdə 1 milyon 110 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 9.4% çoxdur.

Bu ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 1.4% və ya 10.2 milyon manat azalaraq 739 milyon 34 min manata enib. Cari ilin ilk 3 ayında “Azərbaycan Sənaye Bankı”nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2% və ya 5.2 milyon manat azalaraq 251 milyon 301 min manata bərabər olub. 

Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 623 milyon 830 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1.7% və ya 11 milyon manat azdır. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 2.2% və ya 9.8 milyon manat azalaraq 448 milyon 809 min manata enib. Fiziki şəxslərin depozitləri 305 milyon 542 min manat ( 1.5% azalıb) , hüquqi şəxslərin(şirkətlərin) depozitləri isə 143 milyon 266 min manat (3.5% azalıb) təşkil edib.  

2023-cü il aprel ayının 1-nə “Azərbaycan Sənaye Bankı” nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 0.8% və ya 883 min manat artaraq 115 milyon 203 min manat təşkil edib.

Leyli 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Səfər sığortası məcburidirmi? - Ekspert şərhi

Köhnə ehtiyat hissələri təzədən etibarlıdır? - VİDEO

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Süni intellekt yeni təhlükəli viruslar aşkarlayıb

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb - Fotolar

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Ukrayna artıq dəniz terminallarının yarısını itirib - Dmitri Barinov

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin