BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
45698

“Bank Melli İran”nın Bakı Filialı 2024-cü ilin birinci rübünü 2,49 milyon manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrünə nisbətən 4 dəfə çoxdur.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə filial 1,15 milyon manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 44,4% çoxdur. Filialın faiz xərcləri isə cəmi 285,6 manat təşkil edib.
Ötən ildən etibarən “Bank Melli İran” kredit verilişini dayandırdığı üçün aktivlər üzrə ehtiyat ayırmalardan 1,78 milyon manat vəsaiti geri çəkib. Bu isə 2023-cü ilin eyni dövrünə nisbətən 12,7 dəfə çoxdur. Başqa sözlə, bu amil filialın xalis mənfəətinin kəskin artmasına təsir edib.

Bununla belə, ilin əvvəli ilə müqayisədə “Bank Melli İran”ın Bakı Filialı 5,8% kiçilib. Belə ki, bu il aprelin 1-nə filialın cəmi aktivləri 6,9 milyon manat azalaraq 114,8 milyon manat təşkil edib. Həmçinin, kredit portfeli 21,4% (875 min manat) azalaraq 3,2 milyon manat təşkil edib. Ötən ilin sonunda bu rəqəm 4,1 milyon manat təşkil edib.

Ən böyük azalma isə qiymətli kağızlara edilən investisiyalarla bağlı olub. Belə ki, İran bankı son üç ayda qiymətli kağızlara investisiyaları 9,8 milyon manat azaldaraq 25,3 milyon manata endirib.

Bu il aprelin 1-nə bankın öhdəlikləri ilin əvvəlinə nisbətən 9,4 milyon manat və ya 11,7% azalaraq 71,18 milyon manata enib. Filialın cəmi kapitalı isə bu dövrdə 6% artaraq 43,6 milyon manata bərabər olub.

Leyli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya bazarlarında neftin qiyməti 83 dollardan aşağı düşüb

Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - Video

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin