BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
42970

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində fəaliyyətə başlayan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi öz töhfəsini verməyə davam edir. Belə ki, layihə çərçivəsində Kapital Bank və “Access Bank”ın baş ofislərindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Bravo” supermarketlər şəbəkəsinin “Gənclik Mall” filialından, “Landau” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq  istifadəyə yararsız elektrik batareyası toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.

Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.

Bu səbəbdən də “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.  

Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, market şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə təhvil qutuları yerləşdirilib. Layihə çərçivəsində bu günədək 1362 kq işlənmiş batareya təhvil alınıb. 

Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Brüssel avrozonanın iqtisadi artımı ilə bağlı gözləntiləri aşağı saldı

ABŞ "Raiffeisen"i Rusiyaya görə hədələdi

Bank kartlarının sayı artır - Bu tendesiyanın səbəbi nədir?

"Google" "Gmail" xidmətini süni intellektlə təkmilləşdirdi

İki ölkə Rusiyaya yardım edən bütün şirkətlərə sanksiyalar tətbiq etməyi təklif edir

Şirkətlə vergi xidməti arasında 186 minlik mübahisə

2030-cu ildən sonra dünyada yeni qaz layihələrinə ehtiyac olacaq

Daha bir şirkət biznesini sataraq Rusiyanı tərk etdi

Dövlət Məşğulluq Agentliyi 66 milyonluq mal-qara alır

Venesuela beynəlxalq iqtisadi azadlıq zonası yaratmağı təklif etdi

“Yol Tikintiservis” 25 min manat cərimələnə bilər

Rusiya aktivlərinin xaricə satışı yeddi dəfə artdı

“Motor Sichi” eks prezidenti oğlu ilə Dubayda 15 milyon dollara 19 lüks mənzil alıb

Əqli Mülkiyyət Agentliyi iki şirkəti məhkəməyə verdi

İsveçrə Rusiya qızılının idxalını kəskin şəkildə azaltdı

“İdeal Tibb Şirkəti” 8 min manat cərimələnə bilər

BVF: Süni intellekt qlobal əmək bazarında sunami effekti yaradacaq

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər

Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək

Səkilər niyə zəbt olunur? - VİDEO

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

Birbaşa çatdırılma bahalaşdı, karqo şirkətləri daşıma xərclərini ucuzlaşdırdı – “Trendyol” ətrafında nə baş verir?

Aynur Sabitova vəzifəsindən azad edildi

Aynur Sabitova vəzifəsindən azad edildi

Marşrut avtobuslarından istifadə edənlərin sayı artıb – Səbəblər

Azərbaycanda keyfiyyətə nəzarətlə bağlı yeni mərkəz yaradılır - FƏRMAN

Rusiya və ABŞ ticarət dövriyyəsi 1,5 dəfə yüksəlib

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix açıqlanıb

İri market şəbəkələri kiçik sahibkarlarla niyə işləmir? – Ekspert səbəbləri açıqlayır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin