BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
36141

Banklar kart verərkən çox güzəştlər edir, əksər banklar kartları pulsuz təqdim edir. Bəziləri kart hesabında qalan balansa görə faiz verir. Alış-verişlərdə müəyyən bonuslar qazanırsan. Bankların bu imkanları nağdsız ödənişləri stimullaşdırır, bəs ümumilikdə, bankların kartlarımızdan qazancı necə olur? 

Bank məsələləri üzrə ekspert Emin Mahmudov Valyuta.az-a açıqlamasında bildirdi ki, kartlar banklara daha çox müştəri bazası yığmağa kömək edir: “Yəni kart sahibi potensial müştəridir. Nə qədər kart müştərisi cəlb etsən, o qədər çox ümumi potensial digər xidmətlərin alıcısını cəlb etmiş olacaqsan. Kart sahibini cəlb edən banklar ümid edir ki, həmin müştərilərə çarpaz satış edə biləcək. Yəni gəlib bankdan pulsuz kart alan adam artıq bankın kredit müştərisinə də çevrilə, bankda əmanət də yerləşdirə, bankda köçürmələr də edə bilər. Bunlar da hamısı bank üçün əlavə komissiya, faiz gəliri qazandırır. Bankların ən böyük qazanclarından biri kart verdiyi müştərilərə kredit vermə istəyidir. Bu gün Azərbaycan banklarının gəlirlərinin bəlkə də 90 faizi kredit faizlərindən gələn gəlirlərdir. Kredit müştərisinin də ən çox qazanılan yollardan biri kart müştərisi olaraq cəlb edib, daha sonra ona kredit verməkdir”.  

Emin bəy deyir ki, bunlardan əlavə bir neçə kampaniyalarla da banklar qazanır: “Məsələn, “Apple pay”, “Google pay” və sair üsullarla ödənişlər edən zaman kart sahiblərinə xüsusilə yüksək bonuslar təqdim edilir. Normalda 2-3 faiz olan “cashback”lər 5-7 faiz olur. Burada beynəlxalq ödəniş sistemləri banka əlavə bonuslar verir. Deyir ki, müəyyən bir limit çərçivəsində dövriyyəni artır, mən sənə verdiyin “cashback”in müəyyən hissəsini kompensasiya edim. Burada “Visa”, “Master kart”ın xeyiri də var”.

Bankların sadə kartları olduğu kimi ödəniş kartları da var. Ekspert deyir ki, indi sadə karta sahib olan şəxs, banklar üçün potensial ödənişli kart müştərisidir: “Bunlar nisbətən elit kartlardır. Ölkə xaricinə səyahət edənlər, müəyyən bir üstünlüklərdən, endirimlərdən, kampaniyalardan istifadə etmək istəyən şəxslər xüsusi elit kartlar alırlar. Bunlar müəyyən ödəniş müqabilində müştərilərə təqdim olunur, yaxud ola bilər ki, komissiya ödənilmir, hansısa böyük məbləğdə 10 000-15 000 depozit qoyularaq bu kartları əldə edə bilirlər. Hər bir halda bank ondan qazanır. Banka nağd pul yerləşdirir. Bu gün pulsuz olaraq kart müştərisinə çevrilən şəxs sabahın potensial elit kart sahibidir. Əgər müştəri bankın xidmətindən razı qalırsa, sabah ona elit kart lazım olduğu zaman ödəniş etməyə hazırdır. Daha üstün bir kart alsın ki, onun üstünlüklərindən istifadə edə bilsin”.

Emin Mahmudov bildirir ki, kart müştəri bazasını genişləndirən banklar müəyyən bir saya çatdıqdan sonra POS terminal dövriyyəsini də artırmış olurlar: “Həmin banklar artıq mağazalara, restoranlara, ticarət subyektlərinə POS terminallar da qoyur, bununla partnyorlarını artırırlar. Partnyorların, POS terminal dövriyyəsinin artması da bank üçün gəlirdir. POS terminal qoyduğu müəssisədən dövriyyəyə görə komissiya tutur. Terminalın quraşdırılması üçün əlavə komissiya tutur və sairə”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin