BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
33501

Azərbaycanda bağlanmış bankların effektiv ləğv edilməsi, onlara məxsus əsas vəsaitlərin səmərəli, bankların və kreditorların maraqlarına uyğun realizə olunması məqsədilə həmin vəsaitlər 3 yolla - açıq hərrac, birbaşa və Əmanətlərin Sığortalanması Fondunun elektron auksion portalı vasitəsilə satılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.

Məlumata görə, Fondun Himayəçilik Şurasının 4 may 2017-ci il tarixli 82 saylı Protokol qərarı ilə təsdiq edilmiş “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin Satışı üzrə komissiyanın fəaliyyət Qaydaları”na əsasən əmlakın hansı formada satılması onun dəyəri əsasında müəyyən edilir. Belə ki, dəyəri 1 000 manatdan az olan əsas vəsaitlər vətəndaşların rəsmi müraciəti əsasında birbaşa və Fondun elektron auksion portalında, dəyəri 1 000 manatdan çox olan əsas vəsaitlər isə açıq hərracda satışa çıxarılır.

"Hərracın təşkil edilməsi üçün Mülki Məcəllənin 414.2-ci maddəsinin müddəalarına müvafiq olaraq Fondla müqavilə əsasında hərəkət edən və hərracın keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış hərrac təşkilatlarına hərrac sifarişi ünvanlanır. Fondun elektron auksion portalında dəyəri 1 000 manata qədər olan ancaq daşınar əmlakların satışının həyata keçirilməsi nəzərdə tutulduğu halda hərrac təşkilatlarında dəyəri 1 000 manatdan çox olan daşınar və daşınmaz əmlaklar satışa çıxarılır. Təyinatları fərqli olduğundan ixtisaslaşdırılmış hərrac təşkilatlarının həyata keçirdiyi açıq auksion ilə Fondun elektron auksion platformasının üstünlük müqayisəsini aparmaq doğru olmaz", - deyə açıqlamada qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gümüş istehsalında 20 faizlik azalma – Rəqəmlər

Xamis Seyranova vəzifə verildi

Bizneslərdə marketinqin cavab verməli olduğu 3 sual

İşinizi tərk etməli olduğunuzu göstərən 10 əlamət

Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıb

Bakıdakı universitetləri hansı şəhərlərə köçürmək olar?

Müsahibəyə getdiyimiz şirkəti necə araşdırmalıyıq?

“Xaqani” bağı belə olacaq (FOTO)

Birinci vitse-prezident seçkilərə qədər İran Prezidentinin səlahiyyətlərini icra edəcək

Mərkəzi Bankda yeni təyinat

Mərkəzi Bankda yeni təyinat

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bakının iki qəsəbəsində qaz olmayacaq

Tehran Fond Birjası İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırıb

"Azerspace-1" peykinin sığortası bu şirkətə həvalə edilir - 1,5 milyon manat ödəniləcək

Çin uçan avtomobilin satış tarixini AÇIQLADI

Avro bahalaşdı - Məzənnə

Bu gündən Bakıdakı əsas körpülərdən biri BAĞLANIR

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

İranın Qırmızı Aypara Cəmiyyəti: Prezident və helikopterin bütün sərnişinləri həlak olub

İrsi ürək xəstəliyi olan insanlar üçün idman təhlükəsizdirmi?

Yanvar-martda daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb

Z nəsli Y nəslindən daha çox maliyyə çətinlikləri yaşayır - ARAŞDIRMA

Ölkəmizdə elektromobillərin sayı artır - AÇIQLAMA

Dövlət sektorunda işçilərin sayı azalıb – RƏQƏMLƏR

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi

Övladlığa verilən uşaqların sayı açıqlandı

“ChatGPT” insanların görünüşünə də şərh verəcək

Bank kartına bilinməyən hesabdan pul köçürüləndə nə etməliyik?

İpoteka ilə mənzil alınarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydası necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin