Bank
26.05.2023 / 12:22
İran Milli Bankının Bakı filialı məhdudlaşdırıldı
28800
Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının ("Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.
Bu barədə Valyuta.az-a filialdan bildirilib.
Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, "Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay