BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
28788

“Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bank sistemində aparılan stress-testin nəticələrinə görə, hətta mənfi ssenaridə belə kapitalın adekvatlıq əmsalı 2022-ci ildəki 19,3 %-dən bu il 14,9 %-ə enəcək, lakin minimum məqbul səviyyədən təxminən 1,5 dəfə yüksək olaraq qalacaq”.

“Report” xəbər verir ki, bunu Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina Bakıda Azərbaycanın maliyyə-bank sisteminin nümayəndələri ilə keçirdiyi görüşlərin yekununda deyib.

Onun fikrincə, bank sistemində kapitalın adekvatlığı göstəriciləri “ehtiyat”la qarşılanır: “Sistem əhəmiyyətli banklar kapital adekvatlığının yüksəldilmiş səviyyəsini saxlayırlar - azı 19 % səviyyəsində. Bu da minimum məqbul səviyyədən - 10 %-dən, demək olar, iki dəfə çoxdur. Mərkəzi Bank kapital adekvatlığı normativləri sahəsində qabaqcıl dünya təcrübəsinin tətbiqi üzərində işləməkdə davam edir. Son mərhələ isə "Bazel III" standartlarına keçid olacaq”.

G.Xaydarşinanın qeyd etdiyi kimi, Azərbaycanın bank sektoruna 25 bank daxildir (bu yaxınlarda bağlanmış “GünayBank” da nəzərə alınmaqla - red.), onlardan 10-u xarici kapitallıdır (bank sisteminin bütün aktivlərinin təxminən 25 %-i). Bank sektorunun cəmi aktivləri 26,4 milyard ABŞ dollarına və ya ÜDM-in 33 %-nə bərabərdir. Azərbaycanda ümumilikdə 491 bank filialı fəaliyyət göstərir, burada 23 min nəfər çalışır (maliyyə sektorunda işləyənlərin 72 %-i).

“Dövlət bankları bank sisteminin bütün aktivlərinin 19,2 %-ni təşkil edir. Eyni zamanda, xarici bankların Azərbaycan bazara çıxışına heç bir məhdudiyyət yoxdur. Azərbaycanda ən iri dövlət banklarının özəlləşdirilməsi nəzərdə tutulmur. 2022-ci ildə Azərbaycan Prezidenti fərman imzalayıb ki, ona əsasən sistem əhəmiyyətli banklarının özəlləşdirilməsi nəzərdə tutulmur. Eyni zamanda, böhran zamanı bu banklar dövlət dəstəyinin alınmasında prioritetə sahib olacaq”, - o deyib.

“Qazprombank” nümayəndəsinin sözlərinə görə, likvid aktivlərin payı təqribən 30 % səviyyəsində əhəmiyyətli olaraq qalır və artmağa meyllidir: “Hüquqi şəxslər tərəfindən nağd pulun çıxarılmasını 30 min manatla məhdudlaşdıran “Nağdsız hesablaşmalar haqqında” Qanun bu göstəricinin yüksək səviyyədə saxlanmasına kömək edir. Minimum məqbul səviyyə 30 % olduğu halda ani likvidlik əmsalı 55 % təşkil edir. Azərbaycanda fəaliyyət göstərən bütün banklar bu tələblərə cavab verir. Bundan əlavə, ölkədə Əmanətlərin Sığortalanması Fondu vasitəsilə əmanətlərin sığortalanması sistemi mövcuddur. Bu sistemə əsasən, vətəndaşların 100 min manatadək əmanəti 100 % kompensasiya edilir”.

“Qazprombank”ın baş iqtisadçısı vurğulayıb ki, Azərbaycan banklarının kredit portfeli mülayim templə artır, əhalinin borc yükünün artımını məhdudlaşdırmaq üçün tədbirlər görülür. Belə ki, ilin əvvəlindən bankların kredit portfeli 2 % artıb. Portfelin təxminən 55 %-ni 6,5 ​​milyard ABŞ dollarına çatan biznes kreditləri təşkil edir.

“Daxili tələbatın artması fonunda pərakəndə kreditlər daha yüksək templə artır. İlin əvvəlindən istehlak kreditləri portfeli 3,3 %, o cümlədən ipoteka kreditləri üzrə 4,7 % artıb. Əhalinin borc yükünün tənzimlənməsi məqsədilə kreditlər üzrə ödənişlərin gəlirə nisbəti tətbiq edilib. Bu normativ borcalanın vergilərdən sonrakı gəlirinin 40-50 %-ni təşkil edir”.

G.Xaydarşinanın fikrincə, kreditlərin dollarlaşması durmadan azalır və buna makroprudensial tədbirlər kömək edir: “Azərbaycanın müasir tarixində ilk dəfə olaraq kreditlərin dollarlaşması 20 %-dən aşağı düşüb və 19,8 % təşkil edib. Buna 2016-cı ilin may ayından xarici valyutada ipoteka kreditlərinin və digər istehlak kreditlərinin verilməsinə tətbiq edilən qadağa (yalnız borcalanın gəliri kreditin valyutasında ifadə edildiyi halda buna icazə verilir – red.) şərait yaradıb. Görülən tədbirlər nəticəsində xarici valyutada pərakəndə kreditlərin payı 2016-cı ilin yanvarındakı 28 %-dən 6 %-ə enib. Strukturlaşdırılmış məhsullar nəzərə alınmadan xarici valyutada kreditlərin pərakəndə satış portfelində payı 2 %-dən də azdır”.

Əhalinin əmanətlərinin dollarlaşmasına toxunan G.Xaydarşina bunun azalmağa meylli olduğunu qeyd edib: “Əhalinin əmanətlərinin dollarlaşması bankların ümumi portfelində xarici valyutada olan kreditlərin payı ilə müqayisədə daha aşağı templə azalır. Mərkəzi Bankın məlumatına görə, əhalinin xarici valyutada əmanətlərinin payı ötən ilin sonundakı 39,2 %-dən bu ilin mart ayında 38,2 %-ə qədər azalaraq, pandemiyanın başlanmasından bəri ən aşağı səviyyəyə çatıb. Aparıcı reytinq agentliklərinin məlumatına görə, əmanətlərin dollarlaşmasında əhəmiyyətli artım Azərbaycanın suveren reytinqlərinə potensial təzyiq amillərindən biridir. Ölkədəki mövcud pul-kredit şərtləri əmanətlərin 40 %-dən aşağı dollarlaşmasını davamlı olaraq saxlamağa kömək edəcək”.

Onun sözlərinə görə, bank sistemində kredit portfelinin keyfiyyəti yüksək olaraq qalır: “Azərbaycan banklarının kredit portfelində problemli kreditlərin payı 2016-cı ilin pik səviyyəsindən (21 %) sonra davamlı olaraq azalır və 2022-ci ildə rekord aşağı səviyyəyə çatıb – 3,8 %. Bank sistemində kredit portfelinin keyfiyyətinin yüksəldilməsinə banklarda risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi və borcalanların ödəniş davranışının müsbət dinamikası kömək edib. Düşünürük ki, bu dinamika kreditlərin dollarlaşmasının azaldılması tədbirləri ilə də dəstəklənib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kreditlə avtomobil almaq istəyənlərəNƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin