Bank
20.05.2023 / 08:40
Bu bank müflis elan edildi, ləğvedici təyin olundu
28663
Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi "Günay Bank" ASC müflis elan edilib.
Bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Əmanətlərin Sığortalanmasl Fondu Banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək.
Xatırladaq ki, AMB "Günay Bank"ın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olmasını, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsini əsas gətirərək "Banklar haqqında" qanuna əsasən, onu bazardan kənarlaşdırıb, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edib.//report.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay