BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
19071

AccessBank 2021-ci il üzrə maliyyə nəticələrini açıqladı.

Valyuta.Az xəbər verir ki, bankın ümumi portfeli 2021-ci ilin sonuna 130 milyon artaraq 632.5 milyon təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% çoxdur.
2021-ci ilin dördüncü rübü üzrə artım 60.3 milyon manat təşkil edib.

Kredit portfelinin 85%-ni biznes kreditləri təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 636.6 milyon manat kredit verilib, bu da 2020-ci il ilə müqayisədə 285.5 milyon manat və ya 81.3% çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.

Bankın depozit portfeli 2021-ci ilin sonuna 62.3 milyon artaraq, 689.8 milyon təşkil edib. Bu da ötən il ilə müqayisədə 9.9% çoxdur.

Bankın 2021-ci ilin sonuna faiz gəlirləri 53.7 milyon manat təşkil edib. Bu da ötən il ilə müqayisədə 4 milyon manat, və ya 8.1% çoxdur.

Bank 2021-ci ilin dördüncü rübündə xalis gəlirini 2 milyon manat artıraraq, ili 1.1 milyon manat mənfəətlə bitirib.

Hazırda Bankın məcmu kapitalı 79.7 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 29.7 milyon manat artıqdır.

2021-ci ilin sonuna bankın aktivləri 932.2 milyon manat təşkil edib, bu da ötən ilin sonu ilə müqayisədə 76.3 milyon, yaxud 8.9% çoxdur.

2021-ci ilin sonunda bankın ani likvidlik əmsalı 71.2 % olub ki, bu da normadan (30%) 2 dəfə çoxdur.

AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri dördüncü rübdə bankın maliyyə nəticələrini şərh edib: "Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelini artırmaq idi ki, biz bu məqsədimizə uğurla nail olduq. Eyni zamanda AccessBank hər ay 5000-ə yaxın sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə dəstəyimizin bariz nümunəsidir. Depozit portfeli, likvidlik və ümumi əməliyyat göstəricilərimiz stabil müsbət tendensiya nümayiş edir. Əminik ki, pandemiyanın yaratdığı neqativ hallar geridə qalıb və bank bundan sonra da biznesə fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidlərini təkmilləşdirməyə davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü

İlham Əliyev: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

Qlobal Dayanıqlı Turizm Şurasına üzv olmaq ölkəmizə nə qazandıracaq?

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin