BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
41519

Utilizasiya prosesinin Azərbaycanda tətbiqi ətraf mühitin qorunması ilə bağlı həyata keçirilən sistemli fəaliyyətlərin bir hissəsi kimi xarakterizə olunur.

Valyuta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, utilizasiya prosesi ətraf mühitin qorunması baxımından vacib tədbirlərdən hesab olunur: “Bu proses əksər inkişaf etmiş ölkələrdə aparılıb və bəzilərində də davam etdirilir. Məqsəd dövlətin formalaşdırdığı utilizasiya fondu hesabına avtomobil parkının yenilənməsinə nail olmaqdır. Ətraf mühitin qorunması ilə bağlı meyarlara uyğun avtomobil parkının formalaşması üçün atılan addımlar sırasında Nazirlər Kabinetinin qərarı ilə istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalının dayandırılmasını da nümunə göstərə bilərik”.

V.Bayramov qeyd edib ki, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi nəzərə alınarsa, utilizasiya ilə bağlı qərar bu baxımdan əhəmiyyətlidir: “COP29-un əsas hədəfi ətraf mühitin qorunmasına dəstək olmaq və bu istiqamətdə sistemli fəaliyyətlər həyata keçirməkdən ibarətdir. COP29 prinsiplərinə uyğun olaraq ətraf mühitin qorunması ilə bağlı fərqli alətlərdən istifadə edilməsi vacib hesab olunur. Bu baxımdan avtomobillərin utilizasiyasının həyata keçirilməsi Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət edən addımdır”.

Qeyd edək ki, bu gündən Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyasına start verilib. Belə ki, nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.

Gömrük rəsmiləşdirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği: minik avtomobilləri (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda – 700 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Cahan As Company” məhkəmə qarşısında – Şirkət nədə ittiham edilir?

Tezliklə bu "Samsung" smartfonları yeniləmə almayacaqlar

Gömrük Komitəsi “Az Firma”nı nədə ittiham edir?

Səudiyyə Ərəbistanı geosiyasi gərginliyin qlobal iqtisadiyyata təsirindən narahatdır

"Merd Petrol"dan maddi ziyan tələb edilir

Avropa Rusiya qazı ilə bağlı qaz problemini necə həll etdi?

Sement zavodu məhkəmə qarşısında

BVF Avropanın zəifliyinin əsas səbəbini açıqladı

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin