BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
31240

Bir çox hallarda mağazalarda alış-veriş zamanı ödənişi kartla etmək istədikdə, bildirilir ki, posterminal işləmir, kartdan karta (card to card) köçürmə edə bilərsiniz. Bu halla çox yerdə rastlaşırıq. Məlumdur ki, əsas səbəb posterminalın işləməməsi deyil. Bəs bu halların geniş yayılmasının səbəbi nədir?

Vergi məsələləri üzrə ekspert Anar Bayramov deyir ki, illik dövriyyəsini 200 min manatdan az göstərmək istəyən sahibkarlar buna gedirlər: “Dövriyyəsi 200 min manatdan aşağı olan biznes subyektləri sadələşdirilmiş vergi ödəyicisi ola bilirlər. Sadələşdirilmiş vergi ödəyicisi olurlarsa, 2 faiz miqdarında sadələşdirilmiş vergi ödəyirlər. Bütün ödənişlər rəsmi olduğu halda isə, dövriyyə 200 min manat həcmini aşacaq və sahibkar 18 faiz ƏDV, 20 faiz mənfəət vergisi ödəməlidir. Bütün bu hallara görə sahibkarlar posterminallar vasitəsi ilə ödəniş edilməsindən yayınmağa çalışır. Fikir versək görərik ki, posterminalın işlək vəziyyəydə olmamasını bildirən biznes obyekləri hər getdiyimizdə eyni səbəblə posterminal vasitəsi ilə ödəniş edilməsindən yayınacaqlar”.

Vergi məsələləri üzrə ekspert Anar Bayramov

Əgər biznes subyekti ödəniş üçün müştəriyə çek verirsə, yayınma necə ola bilir? A.Bayramov bildirdi ki, burada yayınma üsulu var: “Biznes subyektləri yoxlamalardan ehtiyat etdikləri üçün kassa aparatlarında kassa çeklərini qeydiyyatdan keçirirlər. Sadəcə nağd ödənişə üstünlük vermələrinin səbəbi ondan ibarətdir ki, nağd ödəniş zamanı müəyyən müddətdən sonra əməliyyatı ləğv edib, hər hansı vergi yoxlaması zamanı müəyyən bəhanələr səsləndirirlər. Məsələn, müştəri malı geri qaytardı, bəyənmədi və s. Bu cür bəhanələrlə vergi ödənişindən yayınmağa və dövriyyələrini az göstərməyə çalışırlar. Ödəniş posterminal vasitəsilə edildikdə biznes subyektinin əməliyyatı ləğv etmək kimi bir fürsəti olmur”.

Ekspert deyir ki, kartdan karta tövsiyə olunmayan ödəniş üsuludur: “Çünki bir çox hallarda kartdan karta pul köçürmələri zamanı problemlər yaranır. Bəzən hesab nömrəsində müəyyən rəqəm səhvləri olur, yaxud bir hesabdan pul çıxır digər hesaba oturmur. Bütün bu səbəblərdən mübahisələr yaranır. Buna görə, istehlakçılar kartdan karta ödəniş üsulundan mütləq qaydada çəkinməlidir, hətta nağd şəkildə ödəsələr belə, kartdan karta ödəniş üsulundan istifadə etməsinlər”.

A.Bayramov qeyd etdi ki, bu hallarla bağlı mübarizə tədbirləri görülür: “Dövlət Vergi Nəzarəti Xidmətinin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq operativ vergi nəzarəti həyata keçirirlər. Belə bir qanunvericiliyin tələblərinin pozulması halı ilə rastlaşsalar, cəza tədbirləri görürlər. Bütün bu halların qarşısının alınmasında istehlakçıların da xüsusi rolu mövcuddur. Müvafiq orqanlar istehlakçıları müəyyən həvəsləndirmə yolları (“ƏDV geri al” kimi) vasitəsi ilə vergi nəzarətinə cəlb edirlər. Düzdür, hələ də bir sıra biznes subyektləri istehlakçılara çek təqdim etmirlər. İstehlakçılar da çeki tələb etməyə utanır və ya buna etinasız yanaşırlar. Lakin, getdikcə cəmiyyətimizdə bu sahədə mədəniyyət formalaşır. Yenə də, müəyyən, kənarda, nəzarətsiz qalan biznes subyektləri vergidən yayınır, çek verməkdən imtina edir, qeyri-rəsmi satışlarını həyata keçirirlər”.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

BVF: Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb

Azərbaycanda hava xəbərdarlıqları yeni mexanizmlə təqdim olunacaq

“Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

Azərbaycan Bolqarıstana bu ölkənin illik sərfiyyatının 55 %-dən çox qaz ixrac edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin