BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
30711

Dünyanın ən çox maaş alan baş məşqçiləri Avropanın nüfuzlu klublarında çalışır. Şübhəsiz, bu mənada “Liverpul”, “Mançester Siti”, “Bavariya”, “Yuventus”, “Barselona” və “Real”ın çalışdırıcıları aldıqları maaşa görə ən yüksək pillələrdədir. 

Amma bir sıra məşqçilər də var ki, nisbətən daha az reytinqli klublarda çalışmasına baxmayaraq, yüksək məvacib alır. Məsələn, Dieqo Simyone dünyanın ən böyük klubunda olmaya bilər, lakin o, Madrid “Atletiko”sunda digər məşqçilərdən daha yüksək məvacib alır. Simyone Avropanın əsas liqalarında ən uzun müddət işləyən məşqçidir və 2011-ci ildən çalışdığı “Atletiko”da işinə görə heç də pis qazanmır. Argentinalı mütəxəssis 1996-cı ildə futbolçu kimi La Liqa çempionluğunu əldə etmişdi. Məşqçi kimi isə o, "Atletiko"nu iki dəfə ölkə çempionluğuna daşımaqla yanaşı, iki dəfə Çempionlar Liqasının finalına çıxarıb. Eyni zamanda, idarə etdiyi komandası ilə birlikdə bütün mövsümlərin hər birində Avropanın ən nüfuzlu kubok yarışlarında iştirak hüququ qazanıb. Bu, “Atletiko” rəhbərliyi tərəfindən rəğbət görüb və o, son bir neçə ildə dünya futbolunda ən çox maaş alan məşqçiyə çevrilib. İldə 34 milyon avro maaş alan Simyonenin 2024-cü ilə qədər klubla müqaviləsi var. Məşqçi sonuncu dəfə 2021-ci ildə müqavilənin müddətini uzadıb. 

İngiltərə Premyer Liqasının Avropada ən gəlirli liqa olmasına baxmayaraq, ilk “12-lik”də cəmi iki ingilis klubunun baş məşqçisi yer alır – Pep Qvardiola (“Mançester Siti”, illik 22 milyon avro) və Yurgen Klopp (“Liverpul”, 18 milyon avro) müvafiq olaraq ikinci və üçüncüdür. Stiven Cerrad isə Səudiyyə Ərəbistanı  təmsilçisi “Al-İttifaq”la müqavilə bağlayandan sonra ən çox qazanan məşqçilərin siyahısına daxil olub. “Aston Villa” (İngiltərə) və “Qlazqo Reyncers”i (Şotlandiya) də çalışdırmış mütəxəssis müqaviləsinə görə “Al-İttifaq”da illik 17,6 milyon avro qazanacaq. Bu da onun siyahının dördüncü pilləsində yer almasına şərait yaradır. “Yuventus”dan Massimiliano Alleqri, "Bavariya"nın yeni baş məşqçisi Tomas Tuxel və "Real”ın çalışdırıcısı Karlo Ançelotti müvafiq olaraq beşinci, altıncı və yeddinci yerləri tuturlar ki, bu da onların nüfuzuna və klublarının Avropakı statusuna uyğun görünür. Joze Mourinyo “Roma”da doqquz milyon avro “təmiz” maaş alırsa, “Bayer”də ilk baş məşqçi addımlarını atan Xabi Alonso və “Volfsburq”dan Niko Kovaçın siyahıya salınması bir qədər təəccüblüdür. "Barselona"nın simvolu Xavi Ernandes ötən mövsüm komandasını çempionluğa daşıdı. Xavinin “Barselona” ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir. 

Valyuta.az “Sport.es”in hazırladığı, dünya futbolunda ən çox qazanan baş məşqçilərin siyahısını təqdim edir:

1. Diyeqo Simyone (“Atletiko”, İspaniya) – 34 milyon avro
2. Pep Qvardiola (“Mançester Siti”, İngiltərə) – 22 milyon avro
3. Yurgen Klopp (“Liverpul”, İngiltərə) – 18 milyon avro
4. Stiven Cerrard (“Al-İttifaq”, Səudiyyə Ərəbistanı) – 17,6 milyon avro
5. Massimiliano Alleqri (“Yuventus”, İtaliya) – 12,8 milyon avro
6. Tomas Tuxel (“Bavariya”, Almaniya) - 12 milyon avro 
8. Simyone İnzaqi (“İnter”, İtaliya) – 10 milyon avro 
9. Joze Mourinyo “(“Roma”, İtaliya) – 9 milyon avro 
10.Xabi Alonso (“Bayer”, Almaniya) – 5 milyon avro
11. Niko Kovaç (“Volfsburq”, Almaniya) – 4 milyon avro 
12. Xavi Ernandes (“Barselona”, İspaniya) – 3,8 milyon avro

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Azərbaycanda təhlükəli tullantılar daha çox bu sahələrdə yaranır – MÜQAYİSƏ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin