BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
30585

Cordan Henderson Səudiyyə Ərəbistanı klubu "Al-İttifaq"la yüksək gəlirli müqavilə imzalamağa hazırlaşır və bu, onu dünya futbolunda ən çox qazanan oyunçulardan birinə çevirəcək.“Daily Mail”də yazlanlara görə, “Liverpul”un əfsanəsi Stiven Cerrardın komandasına transfer olunacağı təqdirdə həftədə 700.000 funt-sterlinq qazanacaq. Henderson “Al-İttifaq”la müqavilə bağladıqdan sonra onun qazanacağı gəlir heç də az deyil. Məsələn, bir sıra istedadlı futbolçular var ki, onların ümumi qazancı Hendersonun məvacibindən azdır. 

Belə  futbolçulardan ibarət siyahı hazırlanıb. Hansı ki, siyahıda yer alanların ümumi qazancı 681.200 funt-sterlinqə bərabərdir. Sözügedən rəqəmlər “Capology”dən götürülüb.

Valyuta.az həmin siyahını təqdim edir:

Mayk Maiqnan – 59,900 funt-sterlinq

Keçən mövsüm Avropanın bəlkə də ən yaxşı qapıçılarından biri olan Maiqnan “Milan”ın Çempionlar Liqasının yarımfinalına yüksəlməsində mühüm rol oynadı. Fransız, şübhəsiz, tezliklə yeni müqavilə imzalayacaq. Onun cari həftəlik maaşı 59,900 funt-sterlinqdir və Avropanın digər elit qapıçıları ilə müqayisədə çox azdır.

Ceremi Frimponq – 22,000 funt-sterlinq

Keçən mövsüm sağ cinah müdafiəçisi kimi 15 qol vurduqdan sonra bir çox klubun diqqətini cəlb etməsi təəccüblü deyil. 2021-ci ildə “Seltik”dən (Şotlandiya) “Bayer”ə (Almaniya, Leverkuzenə) keçdikdən sonra o, müqaviləsinə əsasən həftəlik 22,000 funt-sterlinq qazanır.

İbrahima Konate – 70,000 funt-sterlinq

Henderson, “Al-İttifaq”da Konatedən 10 dəfə çox qazanacaq. Fransız müdafiəçi “Liverpul” üçün yaxşı seçim oldu, lakin onun həftəlik maaşı Hendersonun yeni müqaviləsi ilə müqayisədə solğun idi.

Natan Ake – 90,000 funt-sterlinq

Pep Qvardiola 2020-ci ildə təxminən 41 milyon funt sterlinqə Akeni “Mançester Siti”nin sıralarına əlavə edəndə bir çoxları narazılıqlarını bildirdi. İlk mövsümlərdə az rol oynasa da, son vaxtlar tamamilə dəyişmişdi. Niderlanddan olan müdafiəçi Qvardiolanın yeni sisteminə problemsiz uyğunlaşdı və tezliklə masaya yeni müqavilə qoyulsa, təəccüblənmərik.

Pervis Estupinan – 50,000 funt-sterlinq

“Brayton” transfer bazarında “qiymətli daşları” aşkarlamaq bacarığına sahibdir və Estupinan ilə “qızıl” əldə etdilər. Roberto De Zerbinin rəhbərliyi altında Ekvador millisinin üzvü liqanın ən yaxşı müdafiəçilərindən biri olub. Hendersonun bir həftəlik məvacibinə isə özünüzə 14 Estupinan ala bilərsiniz.

Rayan Çerki – 60,000 funt-sterlinq

O, “Lion” üçün Fransa çempionatında hər şey etdi və yeniyetmə bu yay böyük pul qazana bilər. “Çelsi” onunla maraqlanmağa davam edir və həftəlik 60,000 funt-sterlinqdən çox müqavilə təklifinə hazır olacaqlarını əminliklə söyləmək mümkündür.

Camal Musiala – 83,400 funt-sterlinq

Musiala və Henderson karyeralarının əks uclarındadırlar və almaniyalı oyunçu 30 yaşına çatdıqda Səudiyyə Ərəbistanında yüksək gəlirli müqavilə bağlamaq üçün eyni vəziyyətdə olsa, təəccüblənməyəcəyik. Musiala ilə bağlı hər şey onun yaxın gələcəkdə dünya səviyyəli istedadına işarə edir. Səliqəli driblinqi və qol duyumu olması onu digər yaşlı oyunçulardan fərqləndirir.

Rodriqo Bentankur – 75,000 funt-sterlinq

Bentankur fevral ayında zədələndikdən sonra “Tottenhem” üçün hər şey çökmüş kimi görünürdü. O, zədə səbəbindən yeni Premyer Liqa mövsümünün başlanğıcını buraxacaq ulduzlar arasındadır. 

Alexandro Qarnaço – 50,000 funt-sterlinq

“Old Trafford”da “Mançester Yuinayted”lə yeni müqavilə imzaladıqdan sonra Qarnaço, Hendersonun “Al-İttifaq”dakı gəlirindən xeyli az məvacib alsa da dünyanın ən yüksək qazanclı yeniyetmələrindən sayılır. Erik ten Haq argentinalı cinah oyunçusunu son 12 ayda yaxşı inkişaf etdirdi və 2023-24 mövsümünün 19 yaşlı futbolçu üçün uğurlu bir il olacağı gözlənilir.

Olivye Jiru – 74,900 funt-sterlinq

Transfer mütəxəssisi Nikolo Şiranın fikrincə, Jiru bu yay Səudiyyə Ərəbistanı klublarının yüksək gəlirli müqavilə təkliflərindən imtina edən azsaylı oyunçulardan idi. Onun “Milan”dakı həftəlik maaşı 74,900 funt-sterlinqdir. Bunun kəskin şəkildə dəyişəcəyi gözlənilmir, amma Səudiyyə Ərəbistanından gələn təklifdən xeyli azdır. 

Kallum Vilson – 46,000 funt-sterlinq

Azarkeşlər Çempionlar Liqasında “Nyukasl”ın heyətində Vilsonun liderliyini görmək üçün səbirsizlənir. Səudiyyə Ərəbistanının təkliflərinə baxmayaraq “Nyukasl” Vilsonla yeni bir müqavilə imzaladığını görmək təəccüblü olmaz. Vilson hazırkı müqaviləsinə əsasən 46.000 funt-sterlinq qazanır. 31 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada yüksək məhsuldarlıqla qol vurub. Cəmi 1887 dəqiqə meydanda olan futbolçu 18 qolla yadda qalıb. Bu isə orta hesabla hər 104 dəqiqədənbir qol deməkdir və inanılmaz dərəcədə yaxşıdır.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin