BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
30158

İldırım bəzilərimiz üçün qorxulu, bəzilərimiz üçün isə möcüzəvi hava hadisəsidir. Bunun qorxulu olmasının səbəbləri arasında “ölümcül” olmağı nümunə göstərə bilərik. Təbii ki, ardınca gələn son dərəcə yüksək səslərin bizi yerimizdən atlamağa məcbur etdiyini deməliyik.

Ölümdən söz düşmüşkən, ABŞ-ın rəsmi meteorologiya xidmətinin məlumatına görə, ölkədə fırtınalar nəticəsində ölümlərin əsas səbəbi ildırımdır. Ötən ilin avqustunda Ağ Evin bağçasına ildırım düşüb, ağacın altında dayanan 4 nəfəri vurub və onlardan 3-ü hadisə yerində ölüb, Amber Eskudero-Kontostathis isə möcüzə nəticəsində sağ qalmağı bacarıb. Gənc qadının müalicəsi hələ də davam edir.

Beləliklə, ildırımın sirrini açmaq mümkündürmü?

Valyuta.az xəbər verir ki, əslində, bu məqsədlə Avropa Kosmik Agentliyi tərəfindən tamamilə yeni bir müşahidə peyki hazırlanıb. Hələlik "körpə layihəsi" olsa da, inkişaf etdirmək mümkündür.

İldırım Yer kürəsində hər yerdə müşahidə olunsa da, hələ də nisbətən zəif başa düşülən hava hadisəsidir. Biz ildırımın necə baş verdiyini az-çox bilirik, lakin bu hava hadisələrinin təfərrüatları haqqında öyrənməli olduğumuz çox şey var.

Planetimizin orbitində fırlanan yeni müşahidə peyki sayəsində ildırımı anlamaq üçün daha bir şansımız var. Həm də bu, insanların həyatını və infrastrukturunu riskə atan şiddətli fırtınaların meydana gəlməsini daha yaxşı proqnozlaşdırmaq üçün bir yol ola bilər.

Avropa Kosmik Agentliyi tərəfindən idarə olunan "Lightning Imager" qısa adı ilə LI, "Eumetsat" tərəfindən idarə olunan "Meteosat" peykləri arasındadır.

LI ildırım vurmalarının yeri və intensivliyi haqqında real vaxt məlumatları təqdim edir. LI Avropa, Afrika, Yaxın Şərq və Cənubi Amerikanın hissələrini əhatə edən dörd kameradan ibarətdir və saniyədə 1000 kadr sürətlə məlumat çəkə bilir. 

"Eumetsat"ın icraçı direktoru Pil Evans "İldırım fəaliyyətlərindəki ani dəyişikliklərdən öncə əsasən fırtınalar gəlir. Fəaliyyətdəki bu dəyişiklikləri müşahidə edəmn "Lightning Imager"in məlumatları, sinoptiklərə şiddətli fırtınaları proqnozlaşdırmaqda kömək edəcək. Bu məlumatlar "Flexible Combined Imager" peykindən yüksək ayırdetmə qabiliyyətinə malik məlumatlar ilə birlikdə istifadə edildikdə, mütəxəssislər şiddətli fırtınaları daha yaxşı izləyə və səlahiyyətliləri xəbərdar etmək üçün daha çox vaxt əldə edə biləcəklər", deyib.

Müşahidələrin bəlkə də ən diqqət çəkən məqamə dünyanın ildırım vuran bölgələrindən biri olan Mərkəzi Afrikada çəkilmiş videodur. Buludların üstündəki qaranlığı işıqlandıran ildırım cəmi iki dəqiqə ərzində beş günlük məlumatları göstərir.

Hələlik əldə edilən məlumatlar ilkin xarakter daşıyır və əməliyyat məqsədləri üçün uyğun deyil, lakin animasiya bölgədə ildırımın gündüz və axşam saatlarında daha çox olduğunu göstərir. O, həmçinin kiçik, təcrid olunmuş fırtınalardan tutmuş genişmiqyaslı fırtına sistemlərinə qədər fəaliyyətləri nümayiş etdirir.

Peykin şimal kamerası iyunun əvvəlində Aralıq dənizi ətrafında gündən-günə inkişaf edən, Günəşin torpağı isitməsi ilə yaranan və axşamdan sonra şiddətlənən göy gurultulu tufanlarln əmələ gəldiyi Avropanı müşahidə edir.

Video həmçinin Qərbi Afrikada böyük və davamlı fırtına sistemlərini göstərir, Avropanın qalan hissəsi isə yüksək təzyiq səbəbindən məlumatların toplanması zamanı buludsuz görünür.

Nəhayət, üçüncü videoda Afrika, Cənubi Amerikanın bəzi hissələri və Atlantik okeanı üzərində fırtınalar göstərilir. Bu kamera dünyanın “Planetlərin birləşmə zonası” adlı bir hissəsini müşahidə edir. Yəni, yarımkürədə küləklərin qovuşduğu, ekvatorun yaxınlığında yerləşən və Yer kürəsini əhatə edən bölgə. Bir-birinə yaxın olan bu küləklər fırtınalar üçün mükəmməl şərait yaradır.

Videoda bu fırtınaların beş gün ərzində Şərqdən Qərbə doğru yavaş-yavaş hərəkət etdiyi göstərilir. Müvafiq şərtlər yerinə olsa, bu fırtınalar tropik qasırğalara da çevrilə bilər. Mütəxəssislərin fikrincə, məlumatlar alimlərə havanı daha yaxşı proqnozlaşdırmağa, hava hadisələrini təhlil etməyə və hava təhlükəsizliyini yaxşılaşdırmağa kömək edə bilər.

Bu barədə daha çox görüntülərə ESA-nın saytında baxa bilərsiniz.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Ölkədə taksi sayının tənzimlənməsi real görünmür” – Ekspert

Ölkədə fərdi sahibkarlar əsasən hansı sahələrdə fəaliyyət göstərir?

2024-cü ildə ən çox satılan smartfon hansıdır? - SİYAHI

Orta aylıq əməkhaqqı ilə bahalı restoranları necə ziyarət edə bilərik?

Ayda neçə dəfə işdən icazə almaq olar?

Məşhur iş adamlarından qızıl kimi 5 tövsiyə

Bitcoin və Etherium yenidən ucuzlaşıb - Kriptovalyutaların qiymətləri

Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 7,3 milyard manatdan çox olub

ADY-nin qatarları ilə səfər edənlərin sayı 22 %-ə yaxın artıb

Mayın 9-da Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək

Yaxın aylarda Şuşa "DOST" mərkəzi istifadəyə veriləcək

Neft Fondu bu investisiyalardan 5 milyard dollar qazanıb (SİYAHI)

Məşhur yerli kosmetika şirkəti kapitalını azaldır

Zaqataladakı dönərxananın sahibi danışdı, problemin səbəbini açıqladı (VİDEO)

Türkiyənin ən böyük ailə şirkətinin qurucusunun uğur hekayəsi

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Azərbaycanlı jurnalist Harvardın məzunu oldu (FOTO)

Bağlanan şərab zavodu açılır?

Həcc ziyarərinə gedən bu şəxslər cərimələnəcək

Azərbaycanda lombarda 1 milyon manat investisiya qoyulub

Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, Kəlbəcərə dolu düşüb

Türk lirəsi bahalaşdı - Məzənnə

Azərbaycanda bu ilin birinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Bu ərazilərdə qaz olmayacaq

Azərbaycan nefti ucuzlaşdı

Dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

Avtomobil ehtiyat hissələrinin bahalaşması fonunda usta qiymətləri ucuzlaşıb - Araşdırma - Video

Maradonanın “Qızıl top”u hərraca çıxarılıb

Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - Siyahı

Bu gün bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin