BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
29919

Bu yay Səudiyyə Ərəbistanı Liqasında hər biri digərindən daha parlaq ulduzların oyununun şahidi olacağıq. Kriştiano Ronaldonun  "Əl-Nasr"a transferindən sonra Ərəbistana "ulduz axını" başladı. Kərim Benzema və Nqolo Kantenin transferləri ilə davam edən "axın" bu adlarla məhdudlaşmayacaq. Bəs bu yay daha kimlərin Səudiyyə Ərəbistanına gedəcəyi və ya transferi gözlənilir?

Valyuta.az həm transferi rəsmiləşən, həm ərəb klubları ilə danışıqları müsbət yekunlaşdıran, həm də bu ölkənin çempionatına yollanacağı iddia edilən bəzi futbolçuların adlarını nəzərinizə çatdırır. 

Kərim Benzema, "Əl-İttihad" (Rəsmi)

Heç kim Kərim Benzemanın bu yay "Real"la vidalaşacağını və Səudiyyə Ərəbistanına yollanacağını gözləmirdi, lakin o, "Əl-İttihad"dan imtina edə bilməyəcəyi təklif aldı. Səudiyyə Ərəbistanı klubu fransalı hücumçunu illik 200 milyon avro müqabilində öz rənglərinə bağladı.

Nqolo Kante, "Əl-İttihad" (Rəsmi)

"Çelsi" Kante ilə müqaviləni uzatmaq istəsə də, yarımmüdafiəçinin seçimi "Əl-İttihad" oldu. O, Benzemadan bir qədər az qazansa da, Səudiyyə Ərəbistanı komandası ilə üçillik müqavilə imzalayıb.

Ruben Neves, "Əl-Hilal" (Rəsmi)

Nevesin "Əl Hilal"a transferi gözlənilməz oldu, çünki onun cəmi 26 yaşı var idi. Bununla belə, o, 55 milyon avro qarşılığında Səudiyyə Ərəbistanının yolunu tutdu.

Kalidu Koulibali, "Əl-Hilal" (Rəsmi)

Kalidu Koulibali keçən yay "Napoli"dən "Çelsi"yə transfer olunduğuna görə peşmanlıq hissi keçirib. O, İtaliya komandası ilə çempionluq yaşamaq şansını itirib. Lakin Kolubali, “Əl Hilal”a keçidi ilə bu peşmanlığı bitirə bilər. 

Eduard Mendi, "Əl-Əhli" (Rəsmi)

2022-23 mövsümünün çox hissəsini zədə ilə keçirən Mendi nəhayət rəqabətdə Kepa Arrizabalaqaya uduzdu. Bu, Mendinin gedişi üçün açıq qapı idi və o, "Əl-Əhli"yə yollanacaq.

Hakim Ziyeç, "Əl-Nasr" (Müqavilə razılaşdırılıb)

Kriştiano Ronaldo ilə oynamaq şansı qazanan Ziyeç üçillik müqavilə imzalamaq üçün Səudiyyə Ərəbistanına gedəcək.

Riyad Mahrez, "Əl-Əhli" (İddia)

“Foot Mercato”nun xəbərinə görə Mahrez “Əl Əhli”dən böyük təklif alıb. İllik 50 milyon avro qazanmaq şansına malik olan futbolçu "Mançester Siti" ilə üç kubok qazandıqdan sonra Səudiyyə Ərəbistanına gedə bilərdi. 

Neymar, "Əl-Hilal" (İddia)

Avropaya köçdükdən sonra Neymarın gələcəyi ilə bağlı söz-söhbətlərin olmadığı bir transfer pəncərəsi demək olar ki, yoxdur. PSJ-dən ayrılma ehtimalının olduğu deyilən futbolçunun yenidən "Barselona"ya dönəcəyi iddia edilsə də, Kataloniya nəhənginin yaşadığı maliyyə çətinlikləri transferi çətinləşdirib. Neymar Səudiyyə Ərəbistanına keçsə, sürpriz olmayacaq.

Romelu Lukaku, "Əl-Hilal" (İddia)

Belçikalı hücumçunun gələcəyi ilə bağlı çoxlu şayiələr dolaşır. "Milan"a transfer olunacağı iddia edilən Lukaku, Marko Konterionun sözlərinə görə, "Əl-Hilal"dan yaxşı təklif alıb və bu kluba getmək haqqında düşünməyə başlayıb. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin