BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
25711

Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin (FOMC) iki günlük iclası start götürür. İclasın sonuncu günündə uçot dərəcəsinə yenidən baxılacaq.

“Report”un analitik qrupu hesab edir ki, FED uçot dərəcəsinin artım tempini azaldacaq. Belə ki, ardıcıl olaraq dörd dəfə uçot dərəcəsinin 0,75 faiz bəndi həddində artırılmasının ardından bu dəfə uçot dərəcəsi 0,50 faiz bəndi artırılacaq. Bununla da uçot dərəcəsinin 4,25-4,50 %-ə çatacağı gözlənilir.

Ötən ay üzrə ABŞ əmək bazarına dair açıqlanan göstəricilərə görə, əmək haqqının ödənilməsi fondunun artması və işsizliyin azalması prosesi gedir. Yəni FED-in hədəflədiyinin əksinə olaraq iqtisadi aktivlik azalmaq yerinə artır. Bu nəticə etibarı ilə inflyasiyanın artmasını və onun hədəflənən səviyədən yuxarı olmasını stimullaşdırır. Paralel olaraq enerji daşıyıcılarının qiymətlərinin aşağı düşməsi inflyasiyanın artım tempinin düşəcəyinə inamları artırır. Bu mənada bu gün açıqlanacaq inflyasiya göstəriciləri mühüm əhəmiyyət kəsb edəcək. Belə ki, bu ilin oktyabrında baza inflyasiya (ərzaq və yanacaq qiymətləri daxil deyil) 6,3 %-ə çatdı. Noyabrda bu göstəricinin 6,1 %-ə kimi zəifləyəcəyi gözlənilir. ABŞ-da qiymətlərin artım tempinin zəifləməsi investorların optimizmini artıracaq. Bu faktor FED-in aqresiv pul-kredit siyasətinin tempini zəiflədə bilər. İnflyasiyanın aşağı düşməsi və tənzimləyici tərəfindən uçot dərəcəsinin artım tempinin azaltması ABŞ dollarının digər valyutalar qarşısında ucuzlaşdıra bilər. Belə ki, daha əvvəl oktyabr üzrə inflyasiyanın gözləntilər altında olması ABŞ dollarının dəyər itirməsinə gətirib çıxardı.

Buna baxmayaraq gələn ilin sonuna kimi uçot dərəcəsinin endirilmə prosesinə start verilməyəcək. FED inflyasiyanın tempini aşağı salanadək hazırda sərgilədiyi siyasətini davam etdirəcək. Uçot dərəcəsi gələn il pik həddinə (5 -5,25 %) çatandan sonra inflyasiyanı soyutmaq üçün bir müddət həmin həddə qalacaq. Tənzimləyicinin uçot dərəcəsinin artım dövrünü gələn ilin ikinci rübündə dayandıracağı, uçot dərəcəsinin enmə prosesinin isə 2024-cü ilin birinci yarısından sonra başlayacağı gözlənilir.

Xatırladaq ki, FED martda 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 %-ə çatdırdı. Mayda uçot dərəcəsi 0,50 faiz bəndi artırılaraq 0,75-1 %-ə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 %-ə, iyulda 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 %-ə, sentyabrda 0,75 faiz bəndi artırılaraq 3-3,25 %-ə və noyabrda daha 0,75 % artırılaraq 3,75-4 %-ə çatdırıldı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Prezident və birinci xanım "Ağalı" hotelinin açılışında iştirak etdi (FOTO/YENİLƏNİB)

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin