BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
21359

Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2005-ci il tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına uyğun olaraq 2006-cı ildən etibarən tədavülə yeni nəsil pul nişanları (AZN) buraxılıb. Eyni zamanda, 1 yeni Azərbaycan manatı 5 000 manata bərabər tutulmaqla denominasiya olunub.

Beynəlxalq ISO kodu 994 olan və 4 pilləli mühafizə sisteminə malik Azərbaycan manatı vahid konsepsiya əsasında hazırlanıb və dizayn mövzusu “Müstəqil Azərbaycan” müəyyən edilib. Azərbaycanın bütün sahələrdə müstəqilliyini, inkişafını və Avropa ailəsinə inteqrasiyasını təzahür edir.

2006-cı ildə buraxılan yeni pul nişanları, əvvəlkilərdən fərqli olaraq həm də öz üzərlərində Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin imzasını daşıyır. İndiyədək manatın üzərində 1995-ci ildən bəri AMB-nin sədri olmuş Elman Rüstəmovun imzası olub.

Bu yaxınlarda Elman Rüstəmovun vəzifəsindən azad edilməsi və AMB-nin sədri vəzifəsinə Taleh Kazımovun təyin edilməsi müəyyən suallar doğurub. Bu suallardan biri tədavülə yeni buraxılacaq əsginaslarda yeni sədrin imzasının olub-olmayacağıdır. Bəzi vətəndaşlar isə hətta daha da uzağa gedərək üzərində Elman Rüstəmovun imzası olan manat əsginaslarının etibarlı sayılıb-sayılmayacağı barədə suallar səsləndirirlər.

APA mövzu ilə bağlı araşdırma edib.

İmza məsələsində Avropa İttifaqının ümumi pul vahidi avroya nəzər salmaq lazımdır. 1999-cu il yanvarın 1-də təqdim edilmiş və 2002-ci ilin 1 yanvarından isə nağd əsginaslar kimi dövriyyəyə buraxılmış avronun dizaynının müəllifi Robert Kalina, həm də manatın dizaynının müəllifidir. Manat və avronun dizaynında hətta metal pulların müəyyən oxşarlığını bununla izah etmək olar.

Analoji olaraq avro əsginaslarının da hər birində Avropa Mərkəzi Bankının prezidentlərinin imzası həkk olunub. Birinci seriyada - 2003-cü ilin noyabrından 2012-ci ilin martına qədər çap edilmiş əsginaslarda Avropa Mərkəzi Bankının ikinci prezidenti Jan-Klod Trişenin imzası var. 2012-ci ilin martından sonra çap edilən əsginaslarda bankın üçüncü prezidenti Mario Draqinin imzası yer alır. 2020-ci ildən etibarən isə yeni prezident Kristin Laqardın imzası tədricən dövriyyəyə daxil olan əsginaslarda görünməyə başlayıb.

Beləliklə, xarici təcrübəni və digər faktorları nəzərə alaraq bu qənaətə gəlmək olar ki, AMB-nin tədavülə buraxdığı yeni əsginaslarda bankın yeni sədri Taleh Kazımovun imzası olacaq. Manatın etibarlılığına gəldikdə, qanunvericiliyinə uyğun olaraq, Azərbaycan manatı ölkədə yeganə qanuni ödəniş vasitəsidir və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilir.

Qeyd edilib ki, bu məsələ ilə bağlı AMB-dən bildirilib ki, rəsmi məlumat yaxın vaxtlarda təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Honq Konq rəqəmsal yuanı sınaqdan keçirməyə başlayır

Baş prokurorun keçmiş müavini dövlət qurumunu məhkəməyə verdi - Pensiya qalmaqalı

Borrel: Avropa iqtisadiyyatı Çinlə rəqabətə tab gətirə bilməz

Azərbaycanda vergi forumu keçiriləcək

Azərbaycanda vergi forumu keçiriləcək

Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

ABŞ daxili bazardan 3,4 milyard dollar dəyərində uran alacaq

Unistream ödəniş sistemi Gürcüstana köçürmələri bərpa etdi

"Həyat-Müayinə, Məsləhət Və Müalicə Mərkəzi" cərimələnib

Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə "stop" qoyuldu

Çində istehlak aktivliyi sürətlə yavaşlayır

Bakıda əmək yarmarkaları keçiriləcək

Finlandiya ruslara ölkədə daşınmaz əmlak almağı qadağan edəcək

Modern Hospital cərimələnə bilər

Məşhur sahibkar cərimələnir

Əfqanıstan Rusiyadan daimi neft məhsulları alışına qayıtmaq istəyir

Prezidentlər Füzuli və Şuşaya səfər edib (YENİLƏNİB)

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

“İrşad Elektroniks” gömrük qaydalarını pozub?

"Bizim Bala Tədris Mərkəzi"nə protokol tərtib olundu

“Kapital Bank” dələduzların 90-dan çox web-saytını, 800-dən çox sosial şəbəkə hesabını bağlatdırıb

Bakıda 4-cü və 5-ci “DİM Dialoqu” keçiriləcək

Rusiyada gözlənilməz şaxtalar fonunda taxıl xeyli bahalaşdı

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var

10 min dollar mayası olan MMC ləğv olunur

Rusiyanın Avropaya ixracında rublun payı tarixi maksimuma yüksəldi

Füzuli və Ağdamın 28 kəndində vətəndaşlara müavinətin ödənilməsi niyə dayandırılıb? - AÇIQLAMA

Qiymətlər bahalaşır - Ənənəvi taksilər geri qayıdır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin