BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
21348

Daxili xidmət ödənişləri gecikdirildiyinə görə sakinlərin kommunal təchizatının dayandırılması qanunaziddir.

Bəzən mənzil tikinti kooperativlərinin idarəetməsində olan binalarda sakinlərin işıqları qanunsuz olaraq söndürülür. Bunu edən isə bina komendantları və ya yaşayış binasının digər idarəçiləridir.

Valyuta.az xəbər verir ki, “oxu.az”ın əməkdaşı bu istiqamətdə sorğu aparmaq qərarına gəlib.

Apardığımız sorğu zamanı sakinlər bildiriblər ki, binanın daxili xidmətləri, məsələn lift pulu, tullantıların daşınması üçün ödənilən məbləğ və digər ödənişlərdə gecikmələr olanda qanunsuz olaraq onların kommunal, xüsusən də işıq təchizatı xəbərdarlıq edilmədən dayandırılır:

“Belə olan halda isə evdə azyaşlı övladı və ya xəstəsi olanlar ciddi problemlə qarşılaşırlar”.

Bəzi binalarda isə komendantların sakinlərə üzərində heç bir möhür, imza olmayan kağız parçası paylayaraq orada qeyd edilən məbləği ödəməyi tələb etməsi ilə bağlı da xəbərlər yayılır.

Məsələ ilə bağlı ekspert Ramil Osmanlı deyir ki, vətəndaşların daxili xidmət ödənişlərinin gecikdirilməsinə görə qaz, işıq, su təchizatının MTK-lar tərəfindən dayandırılması yolverilməzdir:

“Çünki vətəndaşlar kommunal xidmət göstərən qurumlarla ikitərəfli öhdəliklərə dair müqavilə bağlayır. Bu problem bir neçə il öncə daha qabarıq idi. Son zamanlar belə şikayətlərin sayı azalsa da, problem hələ də qalmaqdadır. Səbəb isə istismara verilməyən binaların mövcudluğudur”.

Ekspert deyir ki, həmin binalar təhvil verilmədiyinə görə sahə mülkiyyətçilərinin sayğacları yoxdur. Sayğaclar yalnız Mənzil Tikinti Koorporativi hüquqi şəxs üçün nəzərdə tutulub.

Bəs bu problem həllini necə tapmalıdır?

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov açıqlamasında qeyd edib ki, bu tip problemlərə dair vətəndaş müraciətlərinin sayı artıb:

“Müraciətlərin əksəriyyəti şikayət xarakterli olsa da, bəzi vətəndaşlar belə halların qanunvericilik baxımından əsaslı olub-olmamasını öyrənmək istəyirlər.

Mövcud qanunvericiliyə əsasən, elektrik enerjisi, su və qaz təchizatı ilə bağlı xidmətlər təchizatçı müəssisələr ilə mənzilin sahibi (mülkiyyətçisi) arasında bağlanılan ikitərəfli müqavilə əsasında təmin olunur. Həmin xidmətlərin göstərilməsi zamanı hər hansı üçüncü tərəfin iştirakı nəzərdə tutulmayıb.

Qeyd edilənlərə uyğun olaraq, istehlakçılar qanunvericilikdə göstərilən hallarda təchizatçı müəssisənin əməkdaşlarının iştirakı olmadan kommunal xidmətləri əldə etməkdən məhrum oluna bilməzlər.

Çoxmənzilli binalarda yaşayan sakinlərin mənzillərinə hər hansı borca görə və ya digər subyektiv tələblər əsasında elektrik enerjisi, su və qazın verilişinin hər hansı üçüncü şəxs, o cümlədən mənzil tikinti kooperativinin nümayəndəsi, yaxud çoxmənzilli yaşayış binasının digər idarəçisi tərəfindən dayandırılması qanunvericiliyin tələblərinə ziddir və hüquqi məsuliyyət yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hansı banklarda aktiv təcrübə proqramları var?

Azərbaycanın xaricə at satışından gəliri artıb

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bu il Azərbaycan 8 milyon tona yaxın neft-kondensat ixrac edib

Dolların dünya bazarındakı son vəziyyəti

Avro, rubl və lirə bahalaşdı - Məzənnə

“AtraBank” və “Texnika Bank”ın əmlakları hərraca çıxarılır

Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

Mayın sonunadək Şuşaya köçürüləcək əhalinin sayı açıqlanıb

Azərbaycan neftinin qiyməti bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.05.2024)

Süni intellekti hərbi sahəyə də daxil edən ölkə

Bu gün Şuşa şəhərinə növbəti köç yola salınır - FOTO / VİDEO

Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO

Bu gün bu ərazilərdə qaz kəsiləcək

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

Lənkəranda baş verən zəlzələ başqa ocaqları oyada bilər? – Rəsmi açıqlama - Video

"GƏNCƏ İLMƏÇİ"dən əməkhaqqı tələbi - Məhkəmə

Rusiya çip probleminə görə ana südü pompalarına möhtac qalıb - ABŞ MN

Ruslar artıq araqdan konyaka keçir

İran Çinin “Bir kəmər və yol” təşəbbüsünə qarşı: Hindistanla 10 illik müqavilə

"GENERAL CONSTRUCTİON GROUP" məhkəməyə verilib

İzvestiya: Microsoft Rusiya istifadəçiləri üçün yeniləmələri blokdan çıxardı

DSX 260 min manatlıq yuyucu vasitələr və təmizlik ləvazimatları alır

Sağçı partiyalar nifrəti körükləmək üçün mənzil böhranından istifadə edə bilər

Yaxın tarixin 10 ən heyrətamiz tibbi kəşfi

Sabunçu Tibb Mərkəzi cərimələnə bilər

Bundestaq üzvləri son 28 ildə ən böyük maaş artımını alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin