BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
8224

Nazirlər Kabineti “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları” və “Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”nda dəyişiklik edib.

Valyuta.AZ xəbər verir ki, “Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları”na əsasən, ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir.

İndiyədək ərizədə ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin adı, soyadı, atasının adı, yaşayış yeri və ailə kəndli təsərrüfatının yerləşdiyi yer barədə məlumatlar göstərilməli və ailə kəndli təsərrüfatının başçısının şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməli idi.

Dəyişikliyə əsasən, ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri ərizəyə əlavə edilməlidir.  Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

- ailə kəndli təsərrüfatının adı və ünvanı;

- ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin fərdi identifikasiya nömrələri;

- ailə kəndli təsərrüfatı üzvlərinin təsərrüfata üzv olma tarixləri (gün, ay, il), fəaliyyətə başladıqları və fəaliyyətlərini dayandırdıqları (gün, ay, il), məşğul olduqları iş və ya peşələri (vəzifələri).

Eyni zamanda artıq ailə kəndli təsərrüfatının uçotunu aparan bələdiyyə orqanı ərizəyə 2 gün deyil, 5 gündən gec olmayaraq baxmalıdır.

"Ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən vəsiqənin forması və verilmə Qaydası”na əsasən, bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (AKT) üzvünə verilən vəsiqə onun statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəddir. Dəyişikliyə əsasən, bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatı (AKT) üzvünə vəsiqə artıq “Elektron kənd təsərrüfatı” informasiya sistemi (EKTİS) vasitəsilə təqdim ediləcək.

Müəyyən edilib ki, bu qərar qüvvəyə minənədək ailə kəndli təsərrüfatı üzvlərinə kağız formada verilmiş vəsiqə elektron vəsiqəyə bərabər tutulur. Kağız formada verilmiş vəsiqə itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, ailə kəndli təsərrüfatı üzvünə elektron formada yeni vəsiqə təqdim edilir. Eyni zamanda, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və 4 əmək stajı barədə məlumatlar 6 ay müddətində yerli özünüidarəetmə orqanları tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminə əlavə edilir.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilərək müəyyənləşdirilİb ki, uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etməklə yerli özünüidarəetmə orqanları ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələri təqdim edir.

“Ailə kəndli təsərrüfatı haqqında” qanuna əsasən bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, forması və verilmə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəsiqə verilir. Ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə təqdim edilməsi nəzərdə tutulduğundan Nazirlər Kabinetinin qərarlarında müvafiq dəyişikliklər edilməsi zərurəti yaranıb. Qeyd olunanları nəzərə alaraq, Nazirlər Kabineti qərarlarında müvafiq dəyişiklik edib. (Apa)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Anomal havalar aqrar sahəyə ciddi ziyan vurur" - Ekspert

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin