BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8505
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1569
8171

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə çay əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb. 

Aqrar Sığorta Fondundan Valyuta.az-a verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə çay plantasıyalarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. 

Çay əkini sahələrinin sığortalanması zamanı çayın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün çay bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, çayın bir hektarı üçün məhsuldarlıq norması 3,5-125 sentner arasında, qiymət isə 50-150 manat/sentner arasında  müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimi müəyyənləşib: 


Çay əkini sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:

Misal: Lənkəranda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 40 sentner, 1 sentner məhsulun bazar qiyməti 50 manat olduqda sığorta məbləği = 4 x 40 x 50 = 8 000 manat müəyyən edilir.

Qaydalara görə, aqrar sığorta çərçivəsində çay bitkisinin sığortalanması üçün 2 sığorta zərfi təklif edilir.  Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə  əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər.

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf çay bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir. 

1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:

• dolu;
• yanğın;
• zəlzələ;
• torpaq sürüşməsi;
• qasırğa;
• fırtına;
• üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

2-ci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir.

Bu zərf çay bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

2-ci sığorta zərfinə aid risklər:

• bitki xəstəlikləri və zərərvericilər;
• xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Hansı sığorta zərfinin seçilməsi fermer və ya  çay plantasıyası  sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci sığorta zərfi seçilə bilməz.

Çayın sığortalanması üçün tariflər və sığorta haqları

Çayın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları çayın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir.
Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

 
Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Yeri gəlmişkən, sitrus bitkilərinin kütləvi şəkildə becərildiyi Lənkəran regionunda tariflərin aşağı olması bu bitkilərin sığortalanması üçün fermerlərə olduqca sərfəli imkan yaradır. Ayrı-ayrı bölgələrdə çay plantasıyasının sığortalanması üçün sığorta haqqı belə hesablanır:

Misal 1: Lənkəranda əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 40 sentner, 1 sentner məhsulun bazar qiyməti 50 manat olduqda
Sığorta haqqı = 8 000 manat X 0,60% = 48 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 2 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 24 manat və ya hər hektara cəmi 6 manat ödəyir.

Misal 2: Astarada əkin sahəsi – 4 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 60 sentner, 1 sentner məhsulun bazar qiyməti 80 manat olduqda
Sığorta haqqı = 19 200 manat X 0,60% = 115,2 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.

Nəticədə ümumi dəyəri 19,2 min manat olan məhsulun sığortalanması üçün fermer 57,6 manat və ya hər hektara cəmi 14,4 manat ödəyir.

Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.

Fermerlərə sığorta haqqı güzəştləri

Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub.Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir.

Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək.

Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, çay sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları çay əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu mart ayının 30-dək davam edəcək. Bu tarixədək edilən müraciətlərdə çay əkini sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Martın 30-dan aprelin 30-dək olan dövrdə edilən müraciətlər zamanı isə çay sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.

Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, fındıq və pambıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir? - Nəsimi rayonunda qalmaqal

Keçmiş əməkdaşı Dövlət Məşğulluq Agentliyini məhkəməyə verdi

"XƏMƏCOĞLU AGRO" cərimələnə bilər

"Microsoft" köhnə kompüterlərdə "Edge" vasitəsilə internetə çıxışı qadağan edəcək

“Hökumət evi”ndə 1 milyonluq təmir

Rusiyada qalan Avropa bankları mənfəətlərini üç dəfə artırıblar - Bloomberg

Dövlət qurumu ilə MTK üz-üzə

Alimlər günəş enerjisindən istifadə edərək 1000 °C-dən yuxarı temperatur əldə etdi

"Molokan" bağının ətrafı niyə "hasarlanıb"? - BŞİH açıqladı

"Kral Təbabət" əhalinin sağlamlıq hüququnu pozur

Ukrayna işığa həsrət qala bilər - YASNO çox çətin dövrün nə vaxt başlayacağını bildirdi

Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi

Nazir baş həkimi işdən çıxdı - Yeni təyinat

“Qafqaz Auto” məhkəmə qarşısında

Özəl xəstəxanalara nəzarət mexanizmi - Yeni qurum hansı işləri görəcək? (ŞƏRH)

Estoniya Rusiya aktivlərinin Kiyevə verilməsi haqqında qanun qəbul etdi

Bakının darboğazlarında hərəkətin yenidən təşkili üzrə layihələrin icrasına başlanılıb

Qarabağ Universitetinə mətbuat katibi axtarılır

Fidan Tofidi departament rəhbəri təyin edildi

Fidan Tofidi departament rəhbəri təyin edildi

Bolqarıstan "Qazprom"dan 400 milyon avro tələb edir

Nazirlikdən yarım milyonluq nəqliyyat sövdələşməsi

Qusarda ağacların kəsilməsinə görə bələdiyyə sədri həbs edildi

Sevdiyimiz, yoxsa gəlirli peşəni seçək?

Sabah güclü külək olacaq - SARI XƏBƏRDARLIQ

Ölkəyə gətirilən hibrid avtomobillərin qiyməti kəskin bahalaşıb

AK "Instagram" və "Facebook"la bağlı araşdırmaya başladı

Prezidentlər "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri ilə tanış oldu

Sumqayıtda mənzil qiymətləri niyə bahalaşır?

Belarus Azərbaycana birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin