Ötən il kənd təsərrüfatı üçün necə yadda qaldı?
“Ötən il kənd təsərrüfatı üçün uğurlu il sayıla bilməz. Çünki kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq kifayət qədər aşağı düşüb”.
Bunu Valyuta.az-a iqtisadçı Akif Nəsirli 2024-cü il üçün kənd təsərrüfatı sahəsi haqqında danışarkən deyib.
Ekspert bildirib ki, həm bitkiçilik, həm də heyvandarlıq üçün bu ili uğurlu hesab etmək olmaz:
“Hava şəraiti ilə əlaqədar olaraq bitkiçilik sahəsində ciddi zərərlər var. Heyvandarlıqla bağlı da geriləmə var. Bunun da müxtəlif səbbələri var. Məsələn, bitkiçilik heyvandarlığın bütün areallarını, örüşlərini, ot sahələrini, yem sahələrini zəbt edib.
Əsasən də pambıq və buğda əkini həmin sahələri tutub. Ona görə də heyvandarlıq sahəsi 9 ildir geriləyir. Gələcəkdə də bu istiqamətdə tətbir görülməsə, növbəti illərdə də geriləmə baş verəcək”.
Bitkiçilik sahəasində olan problemlrədən də danışan Akif Nəsirli bildirib ki, bu sahə hava şəraitinin qeyri-sabit və əlverişsiz keçməsinə görə çox ciddi zərbə aldı:
“Külək, dolu, sel və daşıqınlar bitkiçilik sahəsinə çox ciddi ziyan vurdu. Bundan başqa bitkilərə düzgün aqrotexniki qaydada qulluq edilməməsi bitkiçiliyin inkişafını zəiflədir. Bitkiçilikdə kalium gübrəsindən çox zəif istifadə edirlər. Bu gübrələr bitkinin immun sisteminin gücləndirilməsi üçün vacib elementlıərdən biridiir. Bizdə isə bu gübrəni artıq sayırlar. Bundan başqa fosfor gübrəsi var ki, bitkinin generativ sistemini, yarpaq, qoza, meyvə hissəsini möhkəmləndirir”.
Hər iki sahənin inkişafı üçün lazım olan tədbirlər haqqında danışan həmsöhbətimiz qeyd edib ki, bitkiçiliklə bağlı fermerlərə aqrotexniki qaydalarla bağlı maarifləndirmə aparmaq lazımdır:
“Onları gübrələrin faydası və ziyanı deyilməlidir. Bildirilməlidir ki, yalnız bitkinin meyvəsini şişirdən azot gübrəsi yox, fosfor gübrəsindən, peyindən, digər gübrələrdən istifadə etmək lazımdır.
Heyvandarlıqda isə örüş problemi var. Hesab edirım ki, heyvandarlığın arealı boşaldılmalıdır. Bu olmasa, Azərbaycanda yerli ətin növbəti illərdə bir az da qıtlaşmasının şahidi olacağıq. Əhali artıq dondurlmuş ət yemək məcburiyyətində qalacaq. Ona görə də ölkədə həm yem, həm də örüş bazası olmalıdır. Ümid var ki, ölkədə işğaldan azad olunmuş ərazilərin minalardan təmizləməsindən sonra həmin ərazilərdə heyvandarlığı inkişaf etdirmək olar”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay