Aqrar
14.10.2024 / 13:23
Bu fermerlərə 5 600 manat əkin subsidiyası ödəniləcək
57370
Azərbaycanda zeytun bağlarının salınması üçün dövlət tərəfindən stimullaşdırıcı dəstək tədbirləri görülür.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu ilin 31 dekabr tarixinədək salınacaq intensiv zeytun bağlarının hər hektarına görə fermerlərə 5600 manat əkin subsidiyası ödəniləcək.
İntensiv zeytun bağı dedikdə damcı suvarma sistemi ilə təmin olunan, bir hektarda minimum 330 ədəd ting əkilən zeytun bağları nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay