BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
38861

Aqrar Sığorta Fondu əhatə dairəsini daha da genişləndirir.  Dekabrın 15-də Goranboy və Şəmkir rayonlarında Aqrar Sığorta Fondunun yeni filialları fəaliyyətə başlayıb. 

Yeni filiallarda fermerlər aqrar sığorta barədə geniş məlumat ala, əkin və təsərrüfatları sığortalaya, müxtəlif sənədləşdirmə işlərini həyata keçirə, sığorta hadisələri barədə məlumat verə bilərlər. 

Bununla bağlı Goranboy və Şəmkir rayonlarında keçirilən tədbirlərdə Aqrar Sığorta Fondunun və yerli icra hakimiyyətlərinin rəhbərliyi, fermerlər və ictimaiyyətin nümayəndələri iştirak edib. 

Goranboy rayonunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığortaya ildən-ilə artan maraq fondun fermerlərə daha yaxın olmasını və geniş aqrar sığorta xidmətləri göstərməsini tələb edir.  Yeni filialların işə düşməsi də aqrar sahənin risklərinin qarşılanmasına böyük dəstək olacaq. Yeni filial Gəncə-Daşkəsən regionuna daxil olan rayonlarda əhaliyə aqrar sığorta xidmətləri göstərəcək. 

Fond sədri vurğulayıb ki, Aqrar Sığorta Fondu fəaliyyətə başladığı qısa müddət ərzində böyük zərər ödənişləri həyata keçirib. Bu ödənişlərin məbləği 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat olub. 2023-cü ildə isə bu məbləğin 6 milyon manata çatacağı gözlənilir. Artıq zərərlə üzləşmiş sığortalı fermerlərə 4 milyon manata yaxın ödənişlər edilib.  

Tədbirdə iştirak edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, Aqrar sığorta Fondunun Goranboy rayonunda fəaliyyətə  başlaması rayon  fermerlərinə dövlət dəstəyindən daha yaxşı faydalanmağa şərait yaradacaq. Aqrar sığorta haqqının 50%-ni dövlət tərəfindən ödənildiyini xatırladan icra hakimiyyətinin başçısı fermerləri əkin sahələrini sığortalamağa və aqrar sığortadan faydalanmağa çağırıb. 

Şəmkir filialının açılışı ilə bağlı rayonda təşkil edilən mərasimdə Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta vasitəsilə fermerlər və təsərrüfatlar özlərini çoxsaylı risklərdən qoruya bilərlər. Bura əkin sahələri, meyvə bağları, heyvandarlıq və balıqçılıq təsərrüfatları aiddir. 

Onun sözlərinə görə, bu günədək aqrar sığortadan ölkəmizdə minlərlə fermer faydalanıb, müxtəlif hadisələr tərəfindən onlara dəyən zərərlər fond tərəfindən kompensasiya edilib. 

Yeni fəaliyyətə başlayan Şəmkir filialı Qazax-Gəncə bölgəsində fermerlərə dəstək verəcək, onların risklərdən qorunmasına kömək edəcək.
Tədbirdə iştirak edən Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy Aqrar Sığorta Fondunun növbəti filialının Şəmkirdə fəaliyyətə başlaması münasibətilə fermerləri təbrik edib. Bildirib ki, aqrar sığorta iş adamlarını risklərdən qorumaqla onların kənd təsərrüfatında daha inamlı fəaliyyət göstərməsinə imkan verəcək. 

Artıq sözügedən rayonların fermerləri aqrar sığorta ilə bağlı 1651 Çağrı mərkəzi ilə yanaşı  Aqrar Sığorta Fondunun Goranboy və Şəmkir filiallarına da müraciət edə bilərlər. 

Yeni filiallar Goranboy və Şəmkir rayonlarının mərkəzində, yerli əhali və fermerlər üçün əlçatan məkanlarda yerləşiblər. 

Qeyd edək ki, Goranboy və Şəmkir fililallarının fəaliyyətə  başlaması ilə Aqrar Sığorta Fondunun filialarının sayı 6-ya çatıb. İndiyədək fondun Quba, Cəlilabad, Göyçay və Şəki filialları uğurla fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qarabağ Avto”ya protokol tərtib edildi

Rusiya iqtisadiyyatı üçün risklər müəyyən edildi

2020-ci ildən indiyə qədər Azərbaycana 190 mln. dollarlıq elektromobil idxal edilib

Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub

Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin fəaliyyət istiqamətləri məlum olub

Rabitəbank "Bank of New York Mellon" ilə işbirliyini müzakirə edib ®

“Nokia” bu tanınmış modelini yenidən istehsal edəcək

Üç ayda 121 min hektar sahədə yazlıq bitkilər əkilib

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir ®

Ukraynanın dövlət borcu rekord həddə çatıb

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf

Azərbaycanda yeni qarpız və yemiş növləri yaradılır

Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olub

Aqrar Xidmətlər Agentliyinin sədri Beyləqanda vətəndaşları qəbul edəcək

Keçmiş deputatın bankı cərimələnə bilər

Türkiyə ABŞ-dan LNG idxal etmək istəyir

Azərbaycanda ilk Milli Xalça Festivalı keçiriləcək

Paytaxt bazarında ciddi nöqsanlar aşkarlandı: bəzi məhsulların satışı dayandırıldı

Azərbaycanda yeni iş yerləri açılacaq - Deputat AÇIQLADI

Fitch Solutions: 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq

İtaliya-Rusiya Ticarət Palatası malların rublla ödənişini dayandırdı

DİM yayda keçiriləcək imtahanların vaxtını dəyişdi - SƏBƏB

Bakıda 30 dərəcə isti olacaq

Rusiyada qalan Qərb bankları 2023-cü ildə nə qədər vergi ödəyib?

“Resant Group”la keçmiş işçisi arasında qalmaqal

Süni zəka növbəti 1 ildə bu peşə sahiblərinin işini əlindən ala bilər

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Bu müəssisələrin lisenziyaları ləğv olundu

Bakıda yeni park salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin