BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8114
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1209
35239

Kənd Təsərrüfatı Nazirliyində aqrar məhsulların hava nəqiyyatı ilə daşınması sahəsində ixtisaslaşmış şirkətin nümayəndələri ilə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı məhsullarının hava nəqiyyatı ilə daşınması sahəsində ixtisaslaşmış “THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə nazirliyin məsul şəxsləri, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşmış assosiasiyaların rəhbərləri, aparıcı aqrar şirkətlərin nümayəndələri,  “THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyətinin Şərqi Avropa, Gürcüstan və Azərbaycan üzrə məsul şəxsləri iştirak ediblər. 

Görüşdə çıxış edən iştirakçlar bildiriblər ki, ölkəmizdə xarici bazarlara kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ildən-ilə artır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları artıq ənənəvi xarici bazarlarla yanaşı, yeni bazarlara məhsul ixracına başlayıblar. Bu prosesin genişləndirilməsi məhsul istehsalı ilə yanaşı, logistika işinin də düzgün qurulmasını tələb edir. Bu baxımdan istehsalçılar xüsusilə də tez xarab olan yaş meyvələrin daşınması üzrə ixtisaslaşmış xarici şirkətlərlə əməkdaşlığa maraq göstərirlər. “THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyəti bu sahədə böyük təcrübəyə malik şirkət kimi Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara qısa müddətdə təhlükəsiz daşınmasına köməklik göstərə bilər. 

“THY Hava Kargo Taşımacılığı” Səhmdar Cəmiyyətinin Şərqi Avropa üzrə Karqo direktoru Çağkan Torunlar kənd təsərrüfatı məhsullarının hava nəqliyyatı vasitəsilə ixracına dair ətraflı təqdimat keçirib. Şirkətin tez xarab olan və yüksək dəyərə malik hava ilə yüklərin daşınması sahəsində 30 ildən çox təcrübəyə malik olduğunu deyən Çağkan Torunlar tərəvəz, meyvə, ət, balıq və yumurtanın xarici bazarlara daşınmasının mexanizmləri və tələb olunan standartlar barədə məlumat verib. O bildirib ki, işlək mexanizm əsasında məhsullar soyuq təchizat zəncirinin bütün mərhələlərinə əməl edilməklə dünyanın bir çox ölkəsinə ixrac edilir. Daşıma əməliyyatları yüksək texnologiyalı SMARTİST obyektində, İATA PCR-a (tez xarab olan yük direktivi) uyğun olaraq həyata keçirilir. 

Daha sonra Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri asosiasiyaların fəaliyyəti və kənd təsərrüfatı məhsullarının ixracı sahəsində mövcud vəziyyətə dair təqdimatlar edilblər. 

Görüşdə tez xarab olan kənd təsrrüfatı məhsullarının hava yolu ilə daşınmasında Türkiyənin uğurlu təcrübəsinin öyrənilməsinin əhəmiyyəti  vurğulanıb, bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"iPhone"larda problem üzə çıxdı - Həyəcan siqnalı işləmir

Kontakt Home məhkəməyə verilib

Mərkəzi Bankın valyuta ehtiyatları 27 % artıb

ABŞ fevral ayında LNG ixracını kəskin artırıb

"GREENLİFE-BAKU" cərimələndi

Rusiyada kürünün məcburi etiketlənməsinə başlanıldı

Qalmaqallı şirkət 25 min manat cərimələnə bilər

Çin karbon emissiyalarını azaltmaq vədinə əməl etməkdə çətinlik çəkəcək

2 şirkət barədə protokol tərtib edilib

Argentina Konqresi iqtisadiyyata nəzarətin prezident Mileyə verilməsini təsdiqlədi

“ATEK Uniform” məhkəmə qarşısında

"Amazfit" smart üzüyü mayın ortalarında təqdim ediləcək

İnvestorlar ardıcıl üç həftədir qaz fyuçersləri alır

Gömrük komitəsi “Xaliq Faiqoğlu”nu nədə ittiham edir?

ABŞ Rusiya uranının idxalını qadağan edən qanun layihəsini təsdiqlədi

Zəngilanın Cahangirbəyli kəndində 30 milyonluq layihə

"Bank Of Baku" məhkəmə qarşısında

Şərab istehlakı 28 ilin ən aşağı səviyyəsinə düşdü - Ən çox hansı ölkədə içilib?

“Sea Breeze”də daşınmaz əmlaka yatırım - investorlar nələrə diqqət etməlidirlər?

İqlim dəyişikliyinin səbəbləri və yaratdığı fəsadlar

Mərkəzi Bank pul siyasətini yumşaldır – Hansı işlər görüləcək?

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar (VİDEO)

Bir ilin şirkəti “tender kralı”na çevrilir

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb ®

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

Universitetdə təhsil ala bilməyənlərin asan iş tapdığı sektorlar

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

İpotekaya xitam verilən hallar genişləndi

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin