“Azərbaycanda müasir tələblərə cavab verə biləcək aqronomlar yoxdur"
“Azərbaycanda müasir tələblərə cavab verə biləcək aqronomlar yoxdur”.
Bunu Valyuta.az-a açıqlamasında aqronom Xosrov Musayev böyük bağ sahiblərinin, sahibkarların xarici ölkələrdən Azərbaycana aqronom dəvət etməsi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda ən böyük problemlərdən biri aqronum hazırlayan mütəxəssislərin olmamasıdır:
“Aqronomu müəllim hazırlamalıdır. Yüksək peşəkar müəllim olmayandan sonra onlar necə yetişə bilər? Kolxoz və sovxozlar dağılandan sonra yaxşı aqronomlar işsiz qaldı. Onlar ölkədə barmaqla sayılası qədərdir. İşsiz qaldıqları üçün böyük şirkətlərə cəlb olunublar. Bundan əlavə problemlərdən biri də aqronomluğu tədris edən müəllimlərin qıtlığıdır. Bizim dövrümüzdə dərs deyən müəllimlərin indi biri də yoxdur”.
Xosrov Musayev bu sahədə dərs deyən müəllimlərin əmək haqqının 1200 manat olduğunu vurğulayıb:
“Yalnız elmi dərəcəsi olsa, bu maaşı ala bilər. Düşünün 20-25 il arada vaxt olub, bu müddətdə Azərbaycanda aqronomluq üzrə mütəxəssis hazırlanmayıb. Yaxşı mütəxəssisin yetişməsi üçün ən azı 15 il vaxt lazımdır. Bu saat Azərbaycanda ən böyük təlabat olan ixtisaslardan biri aqronomluqdur".
Aqronom fermerlərin birləşməsinin bu sahənin inkişafına təkan verə biləcəyini düşünür:
“Kolxoz və sovxozun müasir forması yaranacaq. Hərənin bir hektar yeri olur, ona da aqronom nəyinə lazımdır? Bir ara Aqrar Universitetə gedən də olmadı. 2000-2005-ci illərdə 150 balla bura tələbə tapa bilmirdilər. Həmin arada hamı müəllim, hüquq fakültəsinə üz tuturdu. Çünki hamı düşünürdü səhər bu ali məktəbi başa vurandan sonra gedib harada işləyəcək. Şirkətlər yaranandan sonra bu sahəyə təlabat artmağa başladı”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay