Aqrar Sığorta Fondu ilin ilk 6 ayı ərzində 326 min hektar əkin sahəsini sığortalayıb
Əkin sahələri üzrə fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib
Aqrar Sığorta Fondu 2023-cü il ərzində fermer təsərrüfatlarının sığortalanmasına dair yarımillik hesabatı açıqlayıb.
Cari ilin ilk 6 ayı ərzində Aqrar Sığorta Fondu tərəfindən 326 min hektar əkin sahəsinin sığortalanması üzrə müqavilələr imzalanıb.
Bu müqavilələr əsasında fermer və təsərrüfatlara 437 milyon manatlıq sığorta təminatı verilib.
Ən çox sığortalanan sahələr buğda, arpa, pambıq, qarğıdalı, fındıq, şəkər çuğunduru, çəltik əkinləri, üzümlüklər və meyvə bağlarıdır.
Hesabat dövründə əkin sahələrinin sığortası üzrə 11 milyon manat həcmində sığorta haqqı ödənilib.
Qanunvericiliyə əsasən, fermerlərə dövlət dəstəyi məqsədilə sığorta haqlarının 50%-i dövlət tərəfindən ödənilir. Buna uyğun olaraq əkin sahələri üzrə sığorta haqlarının 5,5 milyon manatı fermerlər tərəfindən, digər 5,5 milyon manatı isə fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilib.
2023-cü ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 4506 kənd təsərrüfatı heyvanı sığortalanıb.
Sığortalanan heyvanlardan 4010-u iribuynuzlu (inək və camışlar) və 496-sı isə xırdabuynuzlu (qoyunlar) heyvanlardır. Heyvan sığortaları üzrə verilmiş sığorta təminatı 20,6 milyon manat təşkil edir.
Hesabat dövründə heyvandarlıq sığortası üzrə 2,154 mln. manat sığorta haqqı toplanıb. Bu vəsaitin yarısı, yəni 1 milyon 77 min manatı fermerlər tərəfindən, digər yarısı isə fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay