Suvarma zamanı su itkisinin qarşısını necə almaq olar? - TƏKLİF
“Torpaq kanallarda su itkiyə çox gedir. Təklif etmişəm ki, həmin kanalların hər biri beton üzlü olsun. Çünki beton üz sızmır”.
Bunu Valyuta.az-a açıqlamasında ekoloq Xosrov Musayev əkin sahələrinin suvarılmasnda su itkisinin qarşısını almağın yollarından danışarkən deyib. Onun sözlərinə görə, bəzi torpaq mənşəli kanallarda 70%-ə kimi su itkisi olur:
“Bizdə onsuz da su azdır. Cənubi Qafqazda 62% suyun Gürcüstanın, 28-i Ermənistan, bizə isə cəmi 10% düşür. Ondan da düzgün, səmərəli istifadə etmirik, idarəetmədə problemlər var”.
Xosrov Musayev hesab edir ki, bu, Azərbaycanda ciddi problemlərdən biridir:
“Müasir texnologiyadan istifadə etmək lazımdır. Bu su itkisi ilə yanaşı, həm də torpaqların şoranlaşmasına səbəb olur. İstər-istəməz torpaqdan su kənar ərazilərə sızır. Axırda qurum suyunun səviyyəsi qalxır, torpaq şoranlaşır. Qalan torpaq ehtiyyatlarının bir həssi də sıradan çıxır”.
Qeyd edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilən məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda su mənbələrindən 4,9 milyard kubmetr su götürülüb, bundan əkin sahələrinə 3,6 milyard kubmetr suyun verilməsi təmin edilib. Beləliklə, götürülən suyun 1,3 milyard kubmetri və ya 26,5%-i itkiyə gedib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay