BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
30337

Azərbaycan Dövlət Aqrar Universitetində 2022-2023-cü tədris ili başa çatıb. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ADAU-nun professor-müəllim heyəti ilə görüşüb, yekunlaşan tədris ilində universitetdə görülən işləri dəyərləndirib. 

Son tədris ilində universitetdə kadr hazırlığı prosesinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülüb. 

ADAU və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə bakalavriat səviyyəsində dövlət sifarişi əsasında tələbə qəbulu həyata keçirilib. Tələbə qəbulu aqronomluq, bitki mühafizəsi, aqromühəndislik və iqtisadiyyat ixtisasları üzrə aparılıb. Qəbul olmuş tələbələr öz ixtisasları üzrə 4 illik proqramın ilk 3 ilini  ADAU-da, son 1 ilini isə İzmirdə Ege Universitetində təhsil alırlar. 

2022-2023-cü tədris ilində universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi davam etdirilib, fakultələr üçün müasir laboratoriya avadanlıqları alınıb, tədrisin tam şəkildə laboratoriyalarda və tədris təcrübə təsərrüfatında yaradılmış yay və qış auditoriyalarında keçirilməsi təmin edilib.  

Hər iki semestr üzrə tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində şəffaflığın tam təmin olunması üçün imtahan sisteminə dəyişiklik edilib, proses tam elektronlaşdırılıb. Yeni sistem tələbələrin bilik və bacarıqlarının tam düzgün dəyərləndirilməsini təmin edir. 

Nazir Məcnun Məmmədov ADAU-nun tədris korpuslarında quraşdırılmış yeni laboratoriyalar, simulyasiya otaqları ilə tanış olub, İnnovasiya Mərkəzinə, Karyera Mərkəzinə, Biotexnologiya Mərkəzinə, Tələbə Evinə, Peşə Təlim Mərkəzinə, Baytarlıq Klinikasına, Texnika Parkına, Tədris-Təcrübə Təsərrüfatına baş çəkib, kənd təsərrüfatı ixtisasları üzrə kadr hazırlığı prosesini dəyərləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin