Naxçıvanda bəzi publik hüquqi şəxslər ləğv edildi, yeni qurumlar yaradıldı
Naxçıvan Muxtar Respublikasında olan bəzi publik hüquqi şəxslər ləğv edilib.
Valyuta.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən, "Naxçıvan Məhsulları" publik hüquqi şəxsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində olan "Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsi ləğv edilərək əmlakı Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalovun imzaladığı fərmana əsasən, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi, "Naxçıvan Aqrar Xidmətlər Mərkəzi" publik hüquqi şəxsi, "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti, Akademik Həsən Əliyev adına "Araz" Elmi-İstehsalat Birliyinin və Toxumçuluq və Bitkilərin Mühafizə İdarəsinin bazasında Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu yaradılıb.
Qurumlar Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay