BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
30040

“Azərbaycanda taxılçılıqla bağlı çox ciddi və köklü problemlər var”. 

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ölkədə taxılçılıqla bağlı sahədə olan problemlər haqqında danışarkən deyib.

Akif Nəsirli deyir ki, bu sahədə problemlər bir neçə istiqamətdədir: 

“Məsələn, Hacıqabul rayonunda 50000 hektar sahə suvarma suyunun çatımazlığı səbəbindən 20 ilə yaxındır ki, becərilmir. Burada Pirsaat su anbarı var. Bu anbarın dərinliyi də 18 metrdi. 18 metrin 12 metri lil ilə dolub. Anbarı lildən təmizləsələr, buna bərabər bir anbar da tiksələr, həmin 50000 min hektar sahənin hər hektarından 50 sentner buğda götürsələr, 250000 ton buğda deməkdir. Yəni Azərbaycanın tələbatının təxminən 10 faizi qədər. Bu o deməkdir ki, Azərbaycanın 10 faizinin tələbi neçə illərdir Hacıqabul rayonunda əkilmir. Bir neçə il bundan öncə həmin anbarın lilinin təmizlənməsi üçün vəsait ayrılmışdı. Bu vəsait hara xərcləndi bilmirəm, amma anbarın içindəki lildən layihə çərçivəsində bir kiloqram da olsa, çıxartmadılar. Bu milyonlarla manat pulda korrupsiyanın yeminə çevrildi. Hacıqabul əhalisi də su olmadığına görə pay torpaqlarının 1 hektarını 3-4 min manata satdılar. Yəni bu sahədə problemlər çoxdur. Mən misal olaraq təkcə Hacıqabulun adını çəkdim”. 

İqtisadçı bildirir ki, Azərbaycanda nə qədər sahələr var ki, su çatışmazlığından boş qalıb. Və ölkədə bu problemi də aradan qaldırmaq da mümkündür:

“Çünki kifayət qədər su resursları var. Bu su resursları da idarə etmək mümkündür. Suyun saxlanması üçün anbarlar tikiləməli, tikilmiş anbarların içi lildən təmizlənməlidir. Ölkədə 260-a qədər irili-xırdalı su anbarları var. Bunların da 10-15 faizi güclə işləyir. Azərbaycanın 500-600 min hektar suvarılan torpağı var. Ərazimizdə il ərzində 30-35 milyon kvadrat metr su əmələ gəlir. Yəni bizdə su ehtiyatları çoxdur. Bu ehtiyatları da saxlamaq, lazım olanda istifaəd eləmək lazımdır”. 

Akif Nəsirlinin sözlərinə görə bu sahədə digər problem fermerlərə verilən subsidiyalardır:

“Bu subsidiyalar çox səmərəsiz şəkildə verilir. Verilən subsidiyanın yalnız 25 faizi nağdlaşdırıla bilər. Qalan 75 faizini isə Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlərdən fermerlər təsərrüfat vəsaitləri almalıdır. Bu şirkətlər də xaricdən keyfiyyətsiz vəsaitləri gətirib baha qiymətə fermerlərə satır. Məsələn, toxum, gübrə və s. məhsullar keyfiyyətsizdirsə, oradan necə yüksək məhsuldarlıq gözləmək olar. Buna görə də məhsuldarlıq aşağı düşür”. 

İqtisadçı qeyd edib ki, burda həm də seleksiya işlərinin aparılması çox vacib məsələlərdən biridir:

"Başqa ölkələrdən yüksək məhsuldarlıq verən buğda növlərini gətirib yerli şəraitə uyğunlaşdırmalıyıq. Seleksiya aparılıb yüksək məhsuldarlılığı olan yerli sortlar yaradılmalıdır. Bunun üçün də ölkədə potensial var. Bunlardan istifadə etmək lazımdır. Bütün bu problemləri aradan qaldırıb indiki taxıl zəmilərində məhsuldarlığı 27-28 snetnerdən 50 sentnerə qaldırsaq, Azərbaycan buğda idxal edən ölkəyə çevrilə bilər. Ona görə də bu sahə ilə məşğul olan mütəxəssislərə çox ciddi ehtiyac var”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin