BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
29887

"Pandemiyadan sonra ilk 5 ildə pambığın ixrac və idxalında azalmaların olması gözlənilən idi”. 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov 2023-cü ilin 5 ayında Azərbaycanda pambığın ixrac və idxalının azalması səbəblərindən danışarkən deyib.

"Bu, sadəcə olaraq statistik göstəricidir. Faktiki olaraq ilin sonunda bu balans tənzimlənəcək. Postpandemiya dövrünü yenicə başa vurduğumuz bir vəziyyətdə statistik məlumatlarda belə xətalar baş verə bilər. Bu, normal haldır. Çünki pandemiya dövründən sonrakı ilk illərdə bir çox fəaliyyət növləri iflic vəziyyətindən yenicə çıxmağa başlayıb. Bu fonda həmin oyanış zamanı idxal-ixrac əməliyyatlarında böyük fərqlərin olması da gözləniləndir. Yəni pambıq idxalının azalması ona ehtiyacın, ixracın azalması isə onun potensialının azalması kimi qəbul olunmamalıdır. Hər hansı bir forsmajor haldan, kataklizmlərdən, o cümlədən pandemiya kimi bəşəriyyətin uzun müddət görmədiyi hadisədən sonra digər sahələrdə olduğu kimi, pambığın ixrac və idxalında da ilk 5 ildə belə azalmaların baş verməsi gözləniləndir. Normal diapozona düşənə kimi bu belə olmalıdır”, deyə iqtisadçı bildirib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycan 68 milyon 874 min dollar dəyərində pambıq ixrac edib. Bu isə, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalma deməkdir. Beş ayda Azərbaycana 2 milyon 537 min dollar dəyərində pambıq idxal olunub. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 11,7 % azalma deməkdir. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin