BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
29244

Qırğız Respublikasından pilot layihə çərçivəsində gətirilmiş yakların Laçın yaylaqlarına yerli şəraitə adaptasiyası davam edir. Hazırda təsərrüfatda döl prosesi davam edir. Yeni doğulmuş yak balaları və anaların sağlamlığı baytar həkimlərinin nəzarətindədir və mütəmadi müayinələr aparılır. Ümumilikdə, təsərrüfatda mövsüm ərzində 28 buzov (mamalak) doğulub. 26 bala Laçın yaylaqlarında, 2 bala isə Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda dünyaya gəlib. Balaların 18-i erkək, 10-u dişidir. 

Qeyd edək ki, ölkəyə gətirilmiş yaklardan 3 baş heyvan təsərrüfat əhəmiyyətinin öyrənilməsi məqsədilə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda saxlanılmaqla bəslənir. 

Açıq ərazilərdə bəslənən yakların təbii şəraitə  uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı monitorinqlər keçirilir. Mövsümü xəstəliklərə və ektoparazitlərə qarşı nazirliyin əməkdaşları tərəfindən müvafiq baytarlıq-sanitariya tədbirləri həyata keçirilərək heyvanlar çimizdirilir. Yak təsərrüfatının idarə edilməsi məqsədilə mütəxəssislərə mütəmadi təlimlər keçirilir. Təlimlərdə onlara yakların dəniz səviyyəsindən 2000-4500 m yüksəklikdə açıq havada saxlanması, vəhşi təbiət heyvanlarından qorunması üçün gözətçi-qoruyucu itlərdən istifadə edilməsi, bağlı və yaxud qapalı halda saxlanılmaması, boğazlıq dövründə nəzarətin gücləndirilməsi kimi təcrübi biliklər öyrədilir. 

Qeyd edək ki, yaklar Tibet dağları, Qazaxıstan, Tacikistan, Monqolustan, Əfqanıstan, Pakistan, Çin və  digər ölkələrin yüksək dağlıq bölgələrində yetişdirilir. Keçmiş Sovet İttifaqında yaklar Şimali Qafqaz, xüsusilə Kabardino-Balkar, Qaraçay-Çerkesiya, Dağıstan, Çeçen-İnquşetiya və Şimali Osetiya kimi ərazilərdə yerli şəraitə adaptasiya oluna biliblər. 

Yak heyvan növünün əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahələrində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır.   

Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilir. 

Qeyd edək ki, Azərbaycanda ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib.

Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır.

Yaklar gətirilməzdən əvvəl Qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib.

Damazlıq heyvanlar seçildikdən sonra onların təhlükəsiz daşınması üçün hava nəqliyyatının tələblərinə uyğun xüsusi qəfəslər hazırlanıb. Yaklar bu qəfəslərdə təyyarə ilə Azərbaycana idxal edilmiş, Bakıdan irihəcmli yük maşınları ilə dislokasiya nöqtəsinə aparılıb.

Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Açıq ərazilərdə bəslənəcək yaklar mütəxəssis nəzarətində saxlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin