Azərbaycanda suvarma sahəsində su qıtılğı yaranacaq” - Ekspert
“Hazırda Azərbaycanda pambıq və üzüm dövrüdür, onların tez-tez suvarılmasına ehtiyac var. Güman ki, qarşıdakı aylarda su qıtılğı yaranacaq”.
Bunu Valyuta.az-a açıqlamasında Ekoloji İnformasiya İçtimai Birliyinin sədr müavini Xosrov Musayev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda ən böyük problem suyun idarəolunmasıdır:
“Bu sahədə problemlər var. Hazırda Azərbaycan selləmə suvarmadan imtina edib, damcı, pilot tipli suvarma sisteminə keçməlidir. İsrail damcı suvarma üsulu ilə nəinki özünü təmin edir, hətta kənd təsərrüfatı məhsulları da ixrac edir”.
Xosrov Musayev təəssüflə Azərbaycanda kanlların torpaq mənşəli olduğunu vurğulayıb:
“Bu üzdən suvarmada su itkisi yaranır. O da su qıtlığına gətirir. Biz suvarma ilə bağlı idarəçiliyi dəyişməliyik, xarici ölkələrin tətbiq etdiyi üsullara üstünlük verməliyik”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay