Sərhədlərin bağlı qalması kənd təsərrüfatına necə təsir göstərir? - AÇIQLAMA
Artıq 3 ildir Azərbaycan öz quru sərhədlərini Covid-19 pandemiyası ilə əlaqəli olaraq bağlayıb. Son zamanlar sərhədlərin bağlı qalmasının ölkə iqtisadiyyatına vurduğu ziyanlardan danışmağa başlanıb. İstər Milli Məclisin deputatları, istərsə də ekspertlər sərhədlərin açılmasının vacibliyini vurğulayıb. Sərhədlər tranzit üçün açıq olsa da mülki şəxslərin və turistlərin gediş-gəlişi üçün bağlıdır.Bəs sərhədlərin bağlı qalması kənd təsərrüfatına necə təsir edir?
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Eldəniz Əmirov danışıb. O, sərhədlərin bağlı qalmasının kənd təsərrüfatı sahəsində ən çox aqro turizmə təsir etdiyini deyib.
“Quru sərhədlərinin bağlanması təbii olaraq iqtisadiyyatın bütün sektorlarına birbaşa təsiri var. Sərhədlərin bağlı olmasının ən çox təsiri turizm sahəsinə olsa da kənd təsərrüfatına da təsiri var. Kənd təsərrüfatına müxtəlif istiqamətlərinə müxtəlif dərəcədə təsirdən danışa bilərik. Bu sahənin aqro turizm sektoruna sərhədlərin bağlı olması daha çox təsir edir. Düzdür kənd təsərrüfatı məhsullarının idxal-ixrac prosessi üçün sərhədlər bağlı olmasa da mikro və kiçik sahibkarların ölkəyə məhsul gətirib aparmasına təsir edir. Sərhədlərin bağlı qalması mikro və kiçik sahibkarların ölkədən çıxmasına girməsinə müəyyən əməkdaşlıqların və kommunikasiyalar qurmasına mane olur”. //Ednews
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay