BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
25904

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan “Kənddən Şəhərə” Yeni il yarmarkalarında “Şəhərdən Kəndə” layihəsinə qoşulmuş aqroturizm təsərrüfatlarının təqdimatı keçirilib.

Lənkəran rayonunda yerləşən “Citrus Valley” təsərrüfatının sahibi Rəftarə Şükürova, Astara rayonunda yerləşən “Sım Garden” təsərrüfatnın sahibi Elman Yusifov və İsmayıllı rayonunda yerləşən “İvanovka Honey Farm” təsərrüfatının sahibi Andrey Antifeyev yaratdıqları təsərrüfatlar barədə şəhər sakinlərinə ətraflı məlumat veriblər. Həmçinin fermerlər istehsal etdikləri təbii məhsulları yarmarka ziyarətçilərinə təqdim ediblər.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkaları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı və Abşeron ərazisində təşkil olunur. Yarmarkalarda iştirak ödənişsizdir. 30 dekabr tarixinədək hər gün fəaliyyət göstərəcək yarmarkalarda 50-ə yaxın regiondan 70-dən artıq fermer 80-ə yaxın çeşiddə kənd məhsulunu satışa çıxarıb.

“Şəhərdən Kəndə” layihəsi isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 115 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 134 fermer təsərrüfatından 97-si aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin