BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
25512

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Şəmkir rayonunda təşkil edilib. Şəmkir Aqroparkın ərazisində təşkil olunan festivalda kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar nümayiş olunub. Müxtəlif texnika, avadanlıq və kənd təsərrüfatı bitkilərinin nümayiş olunduğu festival sərgi, startap zonalar, dəyirmi masa, təlim və məlumat sessiyalarından ibarət olmaqla təşkil olunub.

Festivalın açılış hissəsində çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kənd təsərrüfatı nazirliyinin aparat rəhbəri Rafail Quliyev, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev, Şəmkir Aqroparkın rəhbəri Faiq Baxşıyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və çox sayda digər kənd təsərrüfatı texnikaları nümayiş olunub.

Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda “Kənd təsərrüfatında sığortalanan bitki növləri”, “İntensiv yemləmənin təşkili”, “İstixanalarda ağıllı monitorinq sistemləri”, “Sahibkarlara dəstək mexanizmləri”, “Süd sağım sistemləri”, “Gübrələr” mövzularında təlimlər keçirilib.

Festivalın gündəliyinə uyğun olaraq aqroparkların, elmi-tədqiqat institutlarının və özəl şirkətlərin nümayəndələrinin birgə iştirakı ilə “Kənd təsərrüfatının innovativ yollarla inkişafı: “Aqroparklar və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa təşkil edilib.

Qeyd edək ki, aqrar innovasiyaların kənd təsərrüfatı məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi məqsədilə Aqrar İnnovasiya Mərkəzi tərəfindən ölkənin müxtəlif bölgələrində  innovasiya festivalları keçirilir. Gəncə, Şəki, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunan bu festivallarda minlərlə fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar ilə tanış olmaq imkanı əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin