BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8246
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1333
23907

Respublikada silosluq qarğıdalı biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Ağdaş rayonunda fəaliyyət göstərən “Türyançay” fermer təsərrüfatı MMC-nin təkrar qarğıdalı əkinlərinə və heyvandarlıqda sulu şirəli yem qrupuna aid olan qarğıdalı silosunun hazırlanması texnologiyasına həsr olunmuş açıq tarla müşavirəsi keçirilib. Müşavirədə nazirliyin aidiyyəti şöbələrinin, elmi-tədqiqat institutlarının rəhbərləri, tabeli qurumların, Dövlət Aqrar İnkişaf Mərkzələrinin nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər. 

Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev bildirib ki, taxıl biçinindən sonra təkrar əkinlərin aparılması fermerlərə gəlirlərini artırmağa, bir ildə iki dəfə subsidiya almağa, eyni zamanda torpaqlardan daha səmərəli istifadə etməyə imkan verir. Təkrar əkinlər arasında qarğıdalı əkini fermerlər üçün daha çox maraq kəsb edir. Taxıl biçini ilə növbəti mövsüm payızlıq əkinlərə qədər olan müddətdə sahədə silosluq qarğıdalı yetişdirilməsi heyvandarlıq təsərrüfatlarının sulu-şirəli yemə olan tələbatının ödənilməsini və qidalı yemlə təmintını yaxşılaşdırır. Təkrar qarğıdalı əkinləri xüsusilə südçülük üzrə ixtisaslaşmış təsərrüfatların qışlama dövründə yaşıl yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Rəfail Quliyev silos yeminin hazırlanması və saxlanılması ilə bağlı nazirlik tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərinin təkrar qarğıdalı əkinlərinə marağı artırdığını qeyd edib.

Daha sonra nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin nümayəndəsi Tərlan Əsgərov fermerlər üçün “Qarğıdalı silosu və onun əhəmiyyəti” mövzusunda təqdimat keçirib. Qeyd olunub ki, silos bütün fəsillərdə, o cümlədən qış fəslində təzə otu əvəz edə bilir. Silosun qida dəyəri dəyişmir və hava şəraitinin dəyişməsi onun tərkibinə təsir göstərmir, silosun bütün hissələri yem üçün yararlıdır və tullantısı yoxdur. Az yer tutduğu üçün təsərrüfatlar üçün silos digər yemlərdən daha səmərəlidir.

Təqdimatdan sonra müşavirədə iştirak edən sahibkar və fermerlərin sualları ətraflı şəkildə cavablandırılıb. Daha sonra müşavir iştirakçıları “Türyançay” fermer təsərrüfatı MMC-nin təkrar qarğıdalı əkini sahəsində müasir texnikalar vasitəsilə biçin prosesini izləyiblər.

Açıq tarla müşavirəsində silosun yemləmədə rolu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov bildirib ki, heyvanların qış yemləməsində əsas yem komponenti silos sayılır. Növbəli əkin prosesində silosluq qarğıdalının becərilməsi, təsərrüfatların yem bazasının formalaşmasında, qidalı yem rasionunun tətbiqində xüsusi əhəmiyyəti var. Çünki silosluq qarğıdalı sulu-şirəli yemlər sırasında özünün qidalıq dəyərinə görə mühüm yer tutur. Onun tərkibindəki konservləşdirilmiş protein, vitamin və mineral maddələr süd məhsulunun artımında, maddələr mübadiləsinin fizioloji olaraq düzgün getməsində, immunsistemin güclənərək heyvanların sağlamlığında da xüsusi rol oynayır. Çinc damazlıq heyvanlardan adi yemləmə (bir tərəfli yaxud enerji dəyəri aşağı olan)  ilə 18-22 litr süd əldə olunursa, qışlama dövründə silosdan istifadə etməklə süd istehsalını 25-35, balanslaşdırmış yemləmə zamanı 40 litrədək məhsuldarlığı artırmaq olar. Qış yemələməsində silosluq qarğıdalıdan istifadə maya dəyəri xərclərini azaltmağa, təsərrüfatların iqtisadi səmərə əldə etməsinə səbəb olur.

Qeyd edək ki, təkrar qarğıdalı əkini aparan fermerlər hər hektardan orta hesabla 40-60 ton məhsul götürürlər. Tərkibində karbohidratın çox olması ilə seçilən silos inəklərin qida rasionunda enerji və lif mənbəyi sayılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

Böyük heyvandarlıq təsərrüfatlarının yaratdığı problem - Ekspert çıxış yolu təklif etdi

"Microsoft" bu ölkəyə 1,7 milyard dollar sərmayə qoyur

Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəliri ciddi şəkildə artıb

“Microsoft” şirkətində fərqli idarəetmə: Bill Qeyts şirkətdə heç bir vəzifə tutmur

Quş əti qıtlığı olmayacaq

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

"Green card" nəticələri açıqlandı

Əmlak bazarında “tilov effekti”

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

"İnnovator" vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: "Rəqabət güclüdür"

Yeni planet kəşf olundu

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını nə qədər artırıblar?

Xaricə meyvə şirəsini neçəyə satırıq? – Qiyməti bahalaşıb

2023-cü ildə dünyada neçə turist qeydə alınıb? - AÇIQLAMA

KİV: G7 Kiyevə 50 milyard dollarlıq yardım paketi ayırmağı düşünür

Putinin 40 milyardlıq meqalayihəsi

Prezident Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanı aradan qaldıran Sazişi təsdiqlədi

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Xankəndi Şəhər Prokurorluğu yaradıldı

Everestə qalxanların sayı azaldılacaq

Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb

Sabahın hava proqnozu

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə şahidlərin dindirilməsi davam edir

Azərbaycanda yeni təhsil proqramlarının açılması qaydaları təsdiqlənib

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

ABŞ dolları dəyərsizləşəcək - İlon Musk

Azərbaycan nefti ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin