BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
18519

“Aqroservis” ASC iki Ucar sakininin şikayətinə cavab verib.

Qurumdan Valyuta.az-a daxil olan məlumatı təqdim edirik:

"Bir neçə gündür ki, bəzi kütləvi informasiya vasitələrində “Aqroservis” ASC barəsində Ucar rayonu Qulabənd kənd sakinləri Rəhimov Yasin Akif oğlu və Həmidov Elnur Maqsud oğlu tərəfindən şikayət məzmunlu, lakin reallığı əks etdirməyən yazı paylaşılıb. 

Reallıq bundan ibarətdir ki, şikayətçilərdən biri Ucar rayonu, Qulabənd kənd sakini Həmidov Elnur Maqsud oğlunun verdiyi məlumata əsasən saytlarda yazılanlardan ümumiyyətlə xəbərinin olmamasını və heç bir sayta şikayətlə müraciət etmədiyini bildirib. 

Digər şikayətçi Ucar rayonu, Qulabənd  kənd sakini Rəhimov Yasin Akif oğlu isə cari ilin taxıl biçini mövsümündə taxılyığan kombaynın müqavilə əsasında onun müvəqqəti istifadəsinə verilməsi ilə əlaqədar “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Ucar Rayon Bölməsinə müraciət edib. Müraciət nəzərə alınaraq 2021-ci ilin 26 may tarixində “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Ucar Rayon Bölməsi ilə Rəhimov Yasin Akif oğlu arasında qanunvericiliyin tələblərinə əməl edilməklə müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən, texnikanı icarəyə götürən mexanizator taxıl biçini mövsümündə öncə həmin rayonun arpa, sonra buğda sahələrini biçməlidir. Daha sonra taxıl biçini ilə bağlı “Aqroservis” ASC-nin verdiyi dislokasiya planına uyğun olaraq digər rayonlarda biçinə göndərilə bilər. Lakin Rəhimov Yasin Akif oğlu 19 iyun 2021-ci il tarixində onunla bağlanan müqavilənin şərtlərini və dislokasiya qaydalarını pozaraq, heç bir məlumat vermədən biçin aparılan ərazini və Ucar rayonunu tərk edərək, Oğuz rayonuna gedib. Həmin zaman Ucarda biçinin ən qızğın düvrünə təsadüf edirdi və kombaynlara xüsusi ehtiyac var idi. Rəhimov Yasin Akif oğlunun Ucar rayonundakı biçin sahələrini tərk etməsi biçinin ləngiməsinə, növbəliliyin pozulmasına, fermerlərin narazılığına və çoxsaylı şikayətlərə səbəb olub. Bu səbəblə əraziyə göndərilən Ucar rayon bölməsinin rəhbərinin, DAİM-in və texniki nəzarət sektorunun əməkdaşlarının yenidən Ucara getməsi ilə bağlı Rəhimov Yasin Akif oğluna etdikləri müraciətlərinə də əməl etməyib. Məsələ ilə əlaqədar, kombaynın Rəhimov Yasin Akif oğlundan geri alınması ilə bağlı Oğuz rayon polisinə məlumat verilib.  

Bütün bunları nəzərə alaraq, Rəhimov Yasin Akif oğlunun intizamsız davranışlar sərgiləməsi, müqavilə öhdəliklərinə məhəl qoymaması, fermerlərin mənafeyinə zidd hərəkətlər etməsi səbəbindən onunla əməkdaşlığın dayandırılması və “Aqroservis” ASC-dən bundan sonra ona texnika verilməməsi qərara alınıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin