Aqrar
14.09.2021 / 18:31
Yeni qərar: Buğda təchizatçıları üçün lazım olan müddət 12 ay uzadıldı
18138
Azərbaycan hökuməti Sahibkarlığın İnkişafı Fondu tərəfindən ərzaqlıq buğda təchizatçılarının cəlb etdikləri manatla kreditlərin faizləri üzrə subsidiya müddətini daha 12 ay uzatmaq barədə qərar qəbul edib.
Nazirlər Kabinetinin qərarına əsasən, həmin muddətlər ərzaqlıq buğda təchizatçılarına münasibətdə 24 ay müəyyən edilir.
Azərbaycan hökuməti bu tədbiri COVİD-19 koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinin dəstək aləti kimi nəzərdə tutur.
Xəbər verildiyi kimi, faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.
Mənbə: İnterfax.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay