BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
17942

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. 

Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 faiz artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 faiz (32654,52 ton), kartof məhsulu üzrə 23 faiz (85015,5 ton), xiyar və kornişon məhsulu üzrə 112 faiz (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 faiz (19040,45 ton), qarpız məhsulu üzrə 151 faiz (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 faiz (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 faiz (5304,07 ton), çiyələk məhsulu üzrə 122 faiz (4686,05 ton), armud məhsulu üzrə isə 177 faiz (3088,6 ton) artıb.

Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan xurma məhsulunun 51 faizi, alma məhsulunun 99 faizi, kartof məhsulunun 43 faizi, xiyar və kornişon məhsulunun 62 faizi, şaftalı və nektarin məhsulunun 99,9 faizi, qarpız məhsulunun 99,6 faizi, təzə üzüm məhsulunun 100 faizi, gavalı və göyəm məhsulunun 96 faizi, çiyələk məhsulunun 100 faizi, armud məhsulunun 97 faizi avtomobil yolu, xurma məhsulunun 49 faizi, alma məhsulunun 1 faizi, kartof məhsulunun 57 faizi, xiyar və kornişon məhsulunun 38 faizi, şaftalı və nektarin məhsulunun 0,01 faizi, qarpız məhsulunun 0,4 faizi, gavalı və göyəm məhsulunun 4 faizi, armud məhsulunun 3 faizi dəmir yolu vasitəsilə daşınıb. Çiyələk və təzə üzüm məhsullarının daşınması zamanı dəmiryolu nəqliyyatından istifadə olunmayıb. Həmçinin Rusiyaya ixrac olunan 114531,58 ton pomidor məhsulunun 100 faizi də avtomobil nəqliyyatı ilə daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin