BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
17764

Bu ilin avqust ayında BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl qiymətləri indeksi 3,4% artaraq 129,8 bənd təşkil edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 31,8% çoxdur.

Bu barədə FAO-nun aylıq hesabatında deyilir.

"Bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi nəticəsində dünyada buğda qiymətləri əvvəlki ayla müqayisədə 11,1 bənd (8,8%) artaraq keçən ilin müvafiq dövrünün səviyyəsini 41,5 bənd (43,5%) üstələyib", - FAO-nun məlumatında qeyd olunub.

Mütəxəssislərin fikrincə, avqust ayında digər taxıl məhsullarının qiymətlərində çoxistiqamətli tendensiyalar olub. 

Qeyd olunur ki, ilk növbədə, Kanada və ABŞ-da arpa istehsalı proqnozlarının azalması, həmçinin buğda qiymətlərinin artması, beynəlxalq arpa kotirovkalarının iyul göstəricisi ilə müqayisədə 10,9 bənd (9%) artmasına səbəb olub. Nəticədə, keçən ilin eyni dövründəki göstərici ilə müqayisədə arpanın qiymət indeksi 35,6% artıb.

FAO-nun hesabatında qeyd olunub ki, avqust ayında sorqonun (qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi – red.) da beynəlxalq kotirovkalarında dəyişikliklər olub. Belə ki, sözügedən bitkinin qiymət indeksi avqustda 2,5% azalıb, lakin ötən ilin eyni ayı ilə müqayisədə isə 43,3% artıb.

Mənbə: "APA-Economics"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin