Afət Yaqubova
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis, PR menecer
Əlbəttə yarada bilər. Praktiklər də, nəzəriyyəçilər də işçinin yaratdığı böhranın 2 tip olduğunu qəbul edir:
Bilərək (ixtiyari) yaradılan böhran. Məsələn, bura şirkətlə bağlı məlumatların sızdırılması, daxili problemlərlə bağlı açıqlamalar və s. kimi aiddir.
Bilməyərək (qeyri-ixtiyari) yaradılan böhran. Əməkdaşın etdiyi hansısa hərəkət, paylaşdığı məlumat, həyat tərzi və s. səbəblərdən bilmədən çalışdığı qurumun böhrana düşməsinə təsir göstərib.
Amma peşəkar praktiklər və nəzəriyyəçilər deyirlər ki, fərq etməz, işçinin bilərəkdən və ya bilməyərəkdən yaratdığı bütün böhranlar qurumun, şirkətin, dövlət müəssisəsinin bilərək (ixtiyari) düşdüyü, yıxıldığı böhran sayılır.
Səbəbi isə ondan ibarətdir ki, bu böhranların yaranmasına əməkdaşlarla işin yaxşı qurulmaması, liderlik bacarığı olmayan kadrlara üstünlük, zəif menecment (idarəetmə), korporativ qaydaların, o cümlədən etik qaydaların oturuşmaması səbəb olur.
Bütün bunlarda isə yalnız qurum günahkardır. İstər dövlət müəssisəsində çalışan hər hansı işçi olsun, istərsə də özəl şirkətdə çalışan kimsə. İşçinin qurum adına yaratdığı böhranın səbəbkarı elə çalışdığı qurumdur.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?
15.12.2025FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı
15.12.2025Məlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025