Azərbaycandan bu il Həcc ziyarətinə gedən olmayacaq
Qafqaz Müsəlmanları İdarəsinin Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından gözlədiyi bildirişə cavab verilməyib.
Bu barədə Musavat.com-a Qafqaz Müsəlmanları İdarəsindən xəbər verilib. Qeyd edilib ki, martın əvvəlində Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı konkret qərar olmalı idi:"Yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməli idi. Görünən budur ku, 99 faiz bu il olmayacaq. Ümumiyyətlə isə Səudiyyə Ərəbistanda bununla bağlı artıq elan verilib. Keçən il də müəyyən şərtlər daxilində olmuşdu. Ölkənin yerli vətəndaşları və ölkə daxilində olan xarici vətəndaşlar üçün həcc ziyarəti təşkil etmişdilər. Sosial məsafəni gözləmək şərtilə bu həyata keçirildi.
Hazırda bir sıra xarici dövlətlər üçün müəyyən şərtlər irəli sürüblər, amma bizə aid məlumat yoxdur".
Qeyd edək ki, müsəlman zəvvarlar bu il Həcc ziyarətində yalnız COVID-19 əleyhinə peyvənd olunduqdan sonra iştirak edə biləcəklər. Bu il Həcc ziyarəti iyul ayının ikinci yarısına təsadüf edəcək. Xatırladaq ki, keçən il pandemiya səbəbindən Həcc ziyarəti yalnız 10 min nəfərin iştirakı ilə reallaşmışdı. Bunlardan 30 %-i səudiyyəli, 70 %-i isə ölkədə yaşayan xaricilər idi. Xaricdən gələn zəvvarlar Həcc ziyarətinə buraxılmamışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay