BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7932
  • RUB
    0.0173
  • TRY
    0.0495
  • GBP
    2.1562
9621

ABŞ-da yaşayan azərbaycanlı ailə fırıldaqçılıqda ittiham olunub.

ABŞ mediası xəbər verir ki, Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqdan təqsirli bilinir.

Ailənin iki üzvü - Aydın Kələntərov  və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

ABŞ Prokurorluğunun Ohayo Federal Bölgəsi üzrə sözçüsü Daniel Ballın sözlərinə görə, ailənin digər dörd üzvünün - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezin də bu işdə əli olduğu güman edilir. Bu səbəbdən onlara qarşı da ittiham irəli sürüləcəyi istisna deyil.

O bildirib ki, fırıldaqçılıqla ələ keçirilmiş bütün vəsait geri alınacaq.

Bildirilib ki, Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigez, Aydın Kələntərov və Günay Kələntərli Kiçik və Orta Biznes İdarəsini aldatmaq üçün əlbir olublar.

Araşdırma nəticəsində Kələntərovların altı üzvünün Ohayonun şimal-şərqindəki üç evdə onlarla fermer təsərrüfatı təsis etdiyi üzə çıxıb. Saxta şirkətlərə "Fresh Ohio Berries”, "Ohio Natural Beets”, "Organic Ohio Broccoli” kimi adlar verilib.

Ailə bundan sonra hökumətə müraciət edərək, ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti alıb. Dövlət fırıldaqçılıqdan sonradan xəbər tutub.

Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin vevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.

//Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın bank sektoru yaşıl və davamlı layihələr üçün 1,2 milyard dollar ayırıb

"Alibaba"nın dünyada 35% böyüməsi maraq oyadıb - HEASABAT

"Alibaba"nın dünyada 35% böyüməsi maraq oyadıb - HEASABAT

Dörd tütün zavodu olan şirkət məhkəmə qarşısında

Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?

Mayk Tayson və Ceyk Pol "Netflix"də rinqə çıxacaq - Saatlar qaldı

Texniki Universitet iki ədəd avtomobil alışına 152 min manat ayırıb

Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

ADY sədrinin müavini təyin olunan Arif Ağayev KİMDİR? - DOSYE

E-mail, zəng və mesajlarla bağlı ehtiyatlı olmalıyıq - Sosial mühəndislik hücumları

"Xəyal Adası"nın zərəri azalıb, xərcləri artıb – Hesabat

"Xəyal Adası"nın zərəri azalıb, xərcləri artıb – Hesabat

FHN 929 min manatlıq tibbi avadanlıq alır

İnsanlar səyahət üçün ən çox bu ölkələri seçir

Ötən ay ən çox şikayət olunan banklar - TOP 5

Ötən ay ən çox şikayət olunan banklar - TOP 5

Daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib

Bakıda dünya mətbəxlərini harada dadmaq olar? - Restoranlar

Bakıda dünya mətbəxlərini harada dadmaq olar? - Restoranlar

“Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı” başa çatdı

Banklardakı uzunmüddətli kreditlərin payı 4,6 milyard manat artıb

"Nvidia" səhmlərini satmayın, 25% artım gözlənilir - Analitiklər

"Nvidia" səhmlərini satmayın, 25% artım gözlənilir - Analitiklər

Prezidentdən yeni məzmunlu təhsillə bağlı SƏRƏNCAM

Türkiyədə kirayə haqqına məhdudiyyətin aradan qaldırılması mənzil bazarını canlandırıb

Arif Ağayev yüksək vəzifəyə TƏYİN OLUNDU

Arif Ağayev yüksək vəzifəyə TƏYİN OLUNDU

SOCAR “yaşıl istiqraz” buraxmağa qərar verib

Sabah bəzi yerlərdə duman olacaq

"Topxana Layihə İnşaat" MMC bir gündə iki tenderin qalibi oldu - 434 minlik müqavilə

COP29-da ESG prinsiplərinin ARDNF-nin investisiya strategiyasına inteqrasiyası müzakirə edilib

Bakının bəzi ərazilərdə bir gün su olmayacaq

Pensiya alan işdən azad olunarsa hesablanma necə olur? - CAVAB

Əlavə vəsait tutan taksi şirkətlərinə xəbərdarlıq edildi

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandı®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin